Danimarkada minklərdə mutasiyaya uğrayan koronavirus aşkar edidikdən sonra təxminən 17 milyon mink məhv edilərək kütləvi şəkildə basdırılıb.
"Cluster 5" adı verilən virusun insanlara yoluxma təhlükəsi olduğu üçün ölkədə həyəcan təbili çalınıb.
Mütəxəssislər insanların mutasiyaya uğrayan virusa yoluxacağı təqdirdə peyvəndlərin təsirsiz olacağı üçün ölkədəki bütün minkləri yox etdiklərini açıqlayıb.