Səudiyyə Ərəbistanında elm adamları dünyada bir milyon 250 mindən çox insanın ölümünə yol açan yeni növ koronavirusun bu günə qədərki ən həqiqi görüntüsünü yayıb. Araşdırmaçılar həyata keçirdikləri çalışmanın "Kovid-19" a qarşı inkişaf etdirilən peyvənd və müalicələr üçün dönüş nöqtəsi ola biləcəyini söyləyib.
Moderator.az xəbər verir ki, 3 D modelləşdirmədən istifadə edən elm adamları, əldə edilən son məlumatları da əlavə edərək "Kovid-19" a səbəb olan xəstəliyin daxili və xarici quruluşunu xəritələşdirib.
Araşdırma ilə bağlı açıqlama verən elm adamaları “3D modelimiz koronavirusun mövcud quruluşunu atomik səviyyədə göstərir və nükleokapsid proteinlərin əmələ gətirdiyi ipə bənzər quruluş kimi daha əvvəl görülməsi imkansız olan virusun xırdalıqlarını ortaya qoyur. Modelin hazırlanmasında istifadə etdiyimiz yanaşma Covid-19-un yayılmasına qarşı aparılan elmi mübarizədə yeni bir yol aça bilər"şəklində danışıb.