Ermənistanda daha 2 103 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 99 563-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 28 nəfər artaraq 1 476-ya çatıb. COVID-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 390-a yüksəlib. İndiyədək 60 135 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 37 562 aktiv koronavirus xəstəsi var.