Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona beyin əməliyyatı keçirib.
Bu barədə tanınmış idman jurnalisti Canluka Di Marsio öz saytında məlumat verib.
“1,5 saatlıq əməliyyatdan sonra Dieqonun problemini həll etdik. Hər şey yaxşı getdi, indi o, nəzarət altında qalacaq. Şişkinlik artıq keçib, buna görə Maradona sağala biləcək”, - futbolçunun həkimi Leopold Luke belə deyib.
Xatırladaq ki, D.Maradona noyabrın 2-də xəstəxanaya yerləşdirilmişdi.