Türkiyədə 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar İstanbulda, İzmirin Seferihisar rayonunda, həmçinin, Ege və Mərmərə bölgəsində hiss olunub.
“HaberGlobal”ın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.
İlkin məlumatlara görə, dağıntılar var.