Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusa yoluxaraq dəri rəngi dəyişən həkim sağlamlığına qovuşdu - VİDEO






Dünyanı cənginə alan koronavirus səbəbi ilə dəri rəngi tündləşən və virusa qalib gələn çinli həkim Yi Fan normal vəziyyətinə qayıdıb.

Sözügedən həkim epidemiyanın başladığı Uhan şəhərində yanvar ayında koronavirusa yoluxub və və iki aylıq müalicədən sonra virusa qalib gəlib.

Yoluxduğu virus səbəbi ilə Fanın qaraciyərində zədə yaranıb və bundan sonra isə rəngi dəyişərək tündləşib. Bir neçə ay müalicə olunan həkimin qeydə alınan son görüntülərində rənginin dəyişərək normala döndüyü görülüb.

Qeyd edək ki, 4 ay boyunca "Kovid-19" dan müalicə olunan Uhan Mərkəzi Xəstəxanasının uroloqu Hu Veifeng dəri rəngi dəyişərək iyun ayında həyatını itirmişdi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də