Braziliyada keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirəcəyi planlaşdırılan qadın həkimlərin ani qərarı ilə normal doğuşa aparılıb. Çətin keçən doğuş zamanı uşağın başı qopub, bədəni isə ana bətnində qalıb.
Adı açıqlanmayan 26 yaşlı gənc qadın doğuş üçün Belem şəhərindəki bir xəstəxanaya gətirilib. Həkimlər keysəriyyə yolu ilə uşaq dünyaya gətirməsi nəzərdə tutulan qadına uşağın normal yolla dünyaya gələ biləcəyini söyləyərək doğuş otağına aparıblar.
3 saatlıq doğuş zamanı ana bətninə sıxılan uşağın başı qoparaq yerə düşüb. Bədəninin geri qalan hissəsi isə sıxıldığı yerdən əməliyyatla çıxarılıb. Uşağını itirən qadının ailəsi qızlarının bir sıra sağlamlıq problemləri olduğu üçün keysəriyyə yolu ilə uşaq dünyaya gətirəcəyini planlaşdrdıqlarını bildirib.