Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkənlərin sayı AÇIQLANDI

Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkənlərin sayı AÇIQLANDI

Son zamanlar insanlar arasında ən çox müzakirə edilən xəstəliklərdən biri böyrək çatışmazlığıdır. Bu xəstəlik böyrəyin zamanla mövcud olan funksiyasını itirməsi deməkdir. Simptomlar isə adətən böyrək funksiyasını itirməyə başladıqda inkişaf edir və mərhələli şəkildə baş verir. 

Böyrək çatışmazlığının müalicəsi isə əsasən iki yolla aparılır: Dializ və böyrək transplantasiyası.

TƏBİB-in mətbuat xidmətindən bildirilib ki, hazırda ölkə üzrə xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrində 4 035 xəstə qeydiyyatdadır. 

"Registrdə qeydiyyatda olan 1 604 xəstə Bakı şəhəri, 104 nəfəri Naxçıvan Muxtar Respublikası (MR), 1 500 xəstə isə region qeydiyyatlıdır", - açıqlamada qeyd olunur.

Statistikaya görə, ümumilikdə respublika üzrə 54 hemodializ mərkəzi mövcuddur: “Onlardan 11-i Bakı şəhərində, 35-i regionlarda, 8 mərkəz isə Naxçıvan MR-da fəaliyyət göstərir. Mərkəzlərdə yerləşdirilən ümumi işlək hemodializ aparat sayı 723 ədəd təşkil edir. Aparatların planlı şəkildə təzələnməsi həyata keçirilir”.

Eyni zamanda ölkəmizdə xidmətin əlçatanlığının artırılması məqsədilə yeni hemodializ mərkəzləri də təşkil olunur. 

“Ötən il ərzində TƏBİB tabeli Goranboy Rayon Mərkəzi Xəstəxanasında da yeni 10 aparatlıq Hemodializ şöbəsi fəaliyyətə başlayıb. Mərkəzdə ayda orta hesabla təqribən 60-dan çox xəstəyə dializ xidməti göstərilir. 2025-ci ildə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzində isə 10 aparatlıq 2-ci Hemodializ şöbəsi fəaliyyətə başlayacaq”.

Məlumatda qeyd olunur ki, hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 100-dən çox həkim nefroloq vəzifəsi mövcuddur. Onların 50%-dən çoxu isə vakantdır.

Məlumat olaraq bildirilib ki, 2024-cü il ərzində dializ xəstələri 32 adda dərman vasitəsi, 3 adda peritoneal dializ məhlulu, dializ məsrəfləri, tibbi sərfiyyat və tibbi ləvazimat materialları ilə təchiz olunublar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də