Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.

əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet riskinin artması ilə əlaqələndirilmişdi. Bu maddənin mədə xərçəngi riskini artırdığına dair indiyə qədər əldə edilən tapıntılar duzun əhəmiyyətli bir yerə sahib olduğu Asiya ölkələrindən gəlib. Vyana Tibb Universitetinin tədqiqatçıları hərtərəfli araşdırma apararaq bu əlaqənin dünyanın müxtəlif yerlərində də mövcud olduğunu göstəriblər.
 İngiltərədəki vətəndaşların genetik və sağlamlıq məlumatlarını ehtiva edən əhatəli BioBank-dan orta yaşları 56 olan 471 min 144 adamın məlumatlarının araşdırıldığı araşdırmada iştirakçılara “Süfrədə duz əlavə edilmiş yeməyinizə sonradan təkrar duz əlavə edirsinizmi” kimi suallar verilib.
 Mədə xərçəngi jurnalında dərc edilən araşdırma çərçivəsində bu məlumatlar təxminən 11 illik təqib dövründə 640 mədə xərçəngi xəstəsinin sidikdə aşkar edilən duz səviyyələri ilə müqayisə edilib.
 Demoqrafik və sosial-iqtisadi faktorları, həyat tərzi faktorlarını və digər şərtləri nəzərə alan tədqiqatçılar müəyyən ediblər ki, süfrə arxasında daim yeməklərə duz əlavə edənlərin, demək olar ki, heç vaxt bunu etməyənlərlə müqayisədə mədə xərçənginə tutulma riski 41 faiz çoxdur.
 Qeyd edək ki, dünyada ən çox görülən 5-ci xərçəng olan mədə xərçəngi riski yaş artdıqca artsa da, son illərdə bu xəstəlikdən əziyyət çəkən 50 yaşdan aşağı insanların nisbətində artım müşahidə olunur.
 Duzun burada tam olaraq hansı rol oynadığına dair hələ konsensus yoxdur. Lakin bəzi tədqiqatçılar yüksək miqdarda natriumun mədə selikli qişasını zədələyərək orqanı mədə xərçəngi riskini artırdığı bilinən "Helicobacter pylori" bakteriyasına qarşı daha həssas etdiyini düşünürlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də