Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xurmanın zəngin FAYDALARI


Xurmanın zəngin FAYDALARI

Xurma ürək-damar sisteminə müsbət təsir edən çoxlu miqdarda kaliumla zəngindir. Xurmanın tərkibində orqanizm üçün faydalı olan böyük miqdarda lif və müxtəlif mikroelementlər var.

Xüsusilə, bu bitki mənşəli məhsul çox zəngin kalium mənbəyidir.

 

Xurma çoxlu sayda qələvi valentliyə malikdir. Kalium ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir edir. Xurmanın istehlakı, həmçinin toxumalarda maye tutma problemi olan, eləcə də mövcud böyrək patologiyaları olan insanlara fayda verir. Bu meyvənin sidikqovucu təsiri var.

 

Xurmanın digər şübhəsiz üstünlüyü isə tərkibində çox miqdarda C vitamini və karotinin olmasıdır (sonuncu orqanizmdə A vitamininə çevrilir). Antioksidant təsirinə malik olan hər iki maddə iltihabla mübarizə aparır, immuniteti dəstəkləyir və bədənə infeksiyalara qarşı müqavimət göstərməyə kömək edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də