Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BƏRDƏDƏ “COVID-19” PANDEMİYASI ƏLEYHİNƏ VAKSİNASİYA İŞLƏRİ DAVAM ETDİRİLİR-FOTO


Ölkəmizin bütün regionlarında olduğu kimi Bərdədə də Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
ARANTV.AZ  xəbər verir ki ,17 mart 2021-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Mərkəzi rayon Xəstəxanasına gələrək vaksinasiya prosesinin gedişi ilə maraqlanıb, burada yaradılmış şəraitlə tanış olub. Peyvənd olunan vətəndaşlara vaksinasiyanın vacibliyi və bu sahədə dövlətin gördüyü işlərlə bağlı ətraflı məlumat verib.
Sonra icra başçısı xəstəxanada tibb işçilərinin nəzarəti altında COVID-19 pandemiyası əleyhinə ikinci doza peyvənd olunub.
Rayon üzrə indiyədək 7700-ə yaxın, o cümlədən 1500-dən çox şəxs ikinci doza ilə peyvənd olunmuşdur. Sakinlərin peyvənd olunması uğurla davam etdirilir.
  

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də