Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Biabırçılıq: Gəncədə ictimai nəqliyyat “ölümə aparır” VİDEO




Ölkəmizin ikinci böyük şəhərində sənişindaşıma ilə bağlı vəziyyət sözün əsl mənasında bərbaddır,desək,yəqin yanılmarıq.Necə deyərlər,görünən dağa bələdçi lazım deyil.Əməkdaşımızın apardığı kiçik bir araşdırma zamanı məlum oldu ki,bölgələrdə nəqliyyat sektorunun inkişafı ilə Aztv və aztvkimlərin efirində danışılan inkişaf boğazadayuxarı söz yığınıdır.Əsl reallıq isə sadəcə utancvericidir.Belə ki, turizim zonası hesab olunan və Avropa gənclər pytaxtı seçilmiş qədim və müsair Gəncədə sərnişindaşımanın vəziyyəti sözün əsl mənasında ağlamalıdır. Sözdə Avropa şəhərlərindən geri qalmayan Gəncədə sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobus marşrutlarının texniki sazlığı bir yana, COVİD-19-un tüğyan etdiyi bir zamanda heç bir nəqliyyat vasitəsində  nə sosial məsafə gözlənilir, nə də qoruyucu maskalaradan normal istifadə olunur.


Çəkiliş zamanı o da məlum oldu ki,oturacaqlar arasında da məsafə gözlənilmir,eyni zamanda oturacaqların üzərinə məsafə üçün məlumat kağızları da vurulamayıb.Bir sözlə,sərt karantin rejimin tətbiq olunduğu Gəncədə virusun sürətlə yayılması üçün minbit şəraiti elə sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar yaradır. Gəncə şəhər icra hakimiyyətinin bu sahədki yarıtmaz fəaliyyətini isə şərh etməyə ehtiyac yoxdur.


Görünən odur ki,nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün elementar avtomobil nəqliyyatı xidmətinin təşkili, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi və nəqliyyatın hərəkətinin tənzimlənməsi sadəcə kağız üzərindədir və boş sözdən başqa bir şey deyil. Konkret desək dövlətin milyonlarala vəsait xərclədiyi Gəncə şəhərində sərnişindaşıma sahəsi çöküb və daşıyıcıların 90-95 faizi qoyulan tələblərə minimal səviyyədə belə cavab vermir


Deyirlər ümid sonda ölür.Ona görə biz də ümid edirik ki,vəzifəyə təyin olunduğu gündən varlığı ilə yoxluğu bilinməyən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə gec də olsa tarixi Gəncə şəhərinin bu biabrçılıqdan xilas olması üçün vəzifə borcunu yerinə yetirəcək.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də


{sape_links}{sape_article}