AMEA Folklor İnstitutu nəzdində "Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO "Aşıq Şəmşir" kafedrası" yaradılıb. Bu münasibətilə xalqımızı təbrik edir, kafedranın fəaliyyətində uğurlar arzulayıram. Folklor İnstitutuna bundan sonra da media olaraq dəstəyimizi əsirgəməyəcək, Azərbaycan və dünya folklorşünaslarının tədqiqatları əsasında mədəni innovasiyaların tətbiqi üçün geniş imkanlar yaradacağıq. Yaxın bir ilə bu innovativ layihələrdən həm Azərbaycan xalqı, həm də region ölkələri bəhrələnəcək. Vətənimiz və millətimiz üçün xeyirli uğurlu olsun.
Xəbəri paylaş