Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Millət vəkili: Mənfur düşmən onu "ölümsüz əsgər" adlandırırmış. Çünki ən ağır ... FOTO

REGİONTV.İNFO
Sitat: Bərdənin canlı əfsanələrindən biri, 44 günlük Vətən Müharibəsində şücaət göstərmiş 26 yaşlı qazimiz Xankişi Yusifovu tanımağıma çox şad oldum. Onun Suqovuşanın azad edilməsi uğrunda göstərdiyi qəhrəmanlıqları Bərdədə dillərə dastan olub.
Əzəli diyarlarımızın erməni işğalından azad edilməsi üçün gedən döyüş epizodlarını onun dilindən şəxsən eşitmək mənim üçün çox təsirli idi. Dörd saat çəkən söhbətimizin necə keçdiyini hiss etmədim və onun vətən sevgisinə heyran qaldım. 
Xankişi dəfələrlə ölümün gözünə dik baxaraq, çox sayda silahdaşının həyatını xilas edib və dəfələrlə yaralanmasına baxmayaraq yenə də döyüşə qayıdıb. Mənfur düşmən onu "ölümsüz əsgər" adlandırırmış. Çünki ən ağır hərbi əməliyyatlarda belə möcüzə əsəri sağ qalırdı.
O, Suqovuşanın azad olunmasına görə medalı və Cəsur döyüşçü medalı ilə təltif olunub.
Ayrıca Xankişinin valideynləri İlham qardaşım və İradə bacıma dərin təşəkkürümü bildirirəm. Çünki onlar bütün maddi çətinliklərə baxmayaraq,  belə dövlətinə sadiq, tərbiyəli, vətən üçün əsl döyüşçü ruhlu oğul yetisdiriblər.
Düşünürəm ki, Xankişi kimi əfsanəvi döyüşçülərimizi xalqımız yaxından tanımalı və onlar gələcək nəsillər üçün nümunə olmalıdır. Çox yaxşı olardı ki, kütləvi informasiya vasitələri qazimizlə əlaqə saxlayaraq onun döyüş yolunu işıqlandırsın.
Belə gənclərimizə dəstək olmaq hər birimizin borcudur.
Qəhrəmanlıq dastanı yazan bütün igidlərimizlə fəxr edirik. Çünki məhz onların sayəsində zəfər çaldıq, torpaqlarımızı düşmən tapdağından azad etdik.
Bir daha bütün qazilərimizə şəfa diləyirəm!
Sitatın sonu.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də