Millət vəkili Cavad xanın kötücəsi Valid xan Ziyad ilə görüşüb - FOTO
Millət vəkili Qənirə xanım Paşayevanın Cavad xanın kötücəsi, «Cavad Xan» Tarix və Mədəniyyət Fondunun prezidenti Valid xan Ziyadlı ilə məhsuldar görüşü baş tutub.
"Cvad Xan" İB-nin adından Müzadil Həsənov və «Cavad Xan» Tarix və Mədəniyyət Fondu adından Qənirə xanımı Milli-mədəni və tarixi irsimizin, mədəniyyətimizin qorunmasında, təbliği və tanıdılmasında, vahid Türk mədəni birliyinin yaradılması yolunda müstəsna xidmətləri və səmərəli fəaliyyətinə görə hörmətli Qənirə xanıma minnətdarlığımızı bildirib, «Cavad Xan» fondunun təsis etdiyi «Aslanın erkəyi, dişisi olmaz» xüsusi ödülünü və xatirə nişanını təltif edib.
Qənirə xanım da öz növbəsində sözü gedən dondun ümumi fəaliyyətini yüksək qiymətləndirərək, Milli Məclisin Mədəniyyət Komissiyası adından fondun rəhbərinə xüsusi təşəkkürnamə təqdim edib, “Xarı-Bülbül” pannosunu və xüsusi “Şuşa” qol saatlarını hədiyyə edib.
M.Həsənov: Səmimi və isti qarşılanmaya, olduqca maraqlı söhbətlərə və müzakirələrə görə hörmətli Qənirə xanıma bir daha təşəkkürümüzü bildirib, millətimizin, dövlətimizin güclənməsi yolunda yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
REGİONTV.İNFO E.ƏHMƏDOV