Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir FOTO

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələlərin rəhbərləri, kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayonda məskunlaşmış Xocalıdan sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 
Tədbir iştirakçıları Yevlax şəhər Şəhidlər Xiyabanında Xocalıda şəhid olmuş həmvətənlərimizin xatirəsinə inşa edilmiş abidəni, vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarlarını ziyarət etmiş, önlərinə gül dəstələri düzərək, müqəddəs ruhlarına öz ehtiramlarını bildirmişlər. 
Şəhər İcra Hakimiyyətinin Başçısı ziyarət zamanı şəhid ailələrinin üzvləri və Xocalıdan olan sakinlərlə görüşərək onlarla səmimi söhbət etmişdir.
Tədbirin zamanı Yevlax Şəhər Yaradıcılıq Evinin əməkdaşlarının ifasında Xocalı faciəsinə həsr edilmiş “Hamımız Xocalıyıq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də