Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazir Azərbaycanın mövcud qanunvericiliyini heçə sayır? ŞİKAYYƏT

 Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq Muxtar Respublikanın rəhbərliyinin yeni olmasından istifafə edib onlara saxta sənədlərə imza atdırmışdır.

Belə ki,səhiyyənin əsas gücü məndə qalmalıdır deyə,keçmiş həkim ambulatoriyalarının və feldşer mama məntəqələrini Ailə Sağlamlıq Mərkəzi adı altında birləşdirərək həmçinin Naxçıvan diaqnostika Mərkəzinin də adını dəyişərək Naxçıvan Sağlamlıq Mərkəzi edib və ən əsası səhiyyənin ilk dayaq nöqtəsi olan Təcili Yardım stansiyalarını Təcili  Tibbi Yardım adı altında Naxçıvan Səhiyyə Nazirliyinin tabeçiliyində olması barədə fərman imzalatdırmışdır.

Halbuki Azərbaycanın mövcud qanunvericiliyinə əsasən Təcili Yardım Xidməti,Ailə Sağlamlıq Mərkəzləri və Diaqnostika Mərkəzləri Naxçıvan TMİB-in tabeçiliyində olmalıdır.Necə ki,Azərbaycanda adı qeyd olunan qurumlar Səhiyyə Nazirliyinin deyil,TƏBİB-in tabeçiliyindədir.

Əhaliyə və rəhbərliyə səhiyyədə yeniliklər edirəm adı altında yalanlar danışan Samiq Sadıxov tabeçiliyində saxladığı müəssisələrdə özünün yaratdığı,rəhbərliyinə də Rifat Məmmədov adlı şəxsi gətirərək Səhiyyənin Təminat Mərkəzini PHŞ-tərəfindən böyük məbləğli tenderlər etdirir,Rifat Məmmədovun yaxınlarına verdiyi məlumata əsasən 15-20% otkat alaraq şirkətləri qalib elan etməsini Rifat Məmmədovu məcbur edir.Hal-hazırda olan təcili yardım maşınlarını təmir etmək əvəzinə dövlət büdcəsindən külli miqdarda vəsait xərcləyərək yeni təcili yardım maşınları alır.

Naxçıvan Səhiyyəsində barmaq sayı qədər xidmət göstərən təcili yardım həkimləri olmağına baxmayaraq bu qədər təcili yardım avtomobili ilə tarix boyu çətinliklər görmüş Naxçıvan əhalisinə həkimsiz maşınlarla taksi xidmətimi göstərəcək???

Təcili Yardım həkimlərinin verdiyi məlumata əsasən təcili yardım maşınlarında xəstələrə ilkin təcili yardım göstərməyə demək olar ki,dərman və tibbi ləvazimatlar yoxdur.

Həkimlərin verdiyi məlumata əsasən lazım olan ləvazimatları ciblərinin pulu ilə alırlar.Samiq Sadıxov isə qaynatasının adına bahalı vahimə yaradan qara maşınlar, dəbdəbəli evlər almaqla, Türkiyə Respublikasından qızıl-brilyant aldırıb yığmaqla məşğuldur.

 Anlaşılan deyil ki, bütün bunlar çox hörmətli Prezidentimizin etibar edib təyin etdiyi nümayəndənin gözü qarşısında baş verir və qanunsuzluqlara reaksiya verməyə dərhal borclu olduğu halda, əksinə, hansı səbəbdənsə seyirçi mövqe tutulur.

Sima Babayeva: Araşdırmaçı jurnalist


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də