Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

YENİ VİRUSLA BAĞLI XƏBƏRDARLIQ: ANTİBİOTİK QƏBUL ETMƏYİN! - VİDEO

Yeni virusla bağlı XƏBƏRDARLIQ: antibiotik qəbul etməyin! - VİDEO

Metapnevmovirusun əsas əlamətləri öskürək, burun tutulması, nəfəs darlığı və temperaturun yüksək olmasıdır.

Mütəxəssislər bildirirlər ki, bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxurlar.

Ümumiyyətlə, metapnevmovirus nədir, virusdan necə qoruna bilərik?

İnfeksionist Vasif Əliyev Baku TV-yə açıqlamasında bildirib ki, bu virus da digərləri kimi yuxarı tənəffüs yollarının infeksiyasına səbəb olur:

"Metapnevmovirus da koronavirus kimi pnevmoniyaya səbəb ola bilir. Lakin insanlar koronavirusu daha ağır keçirirdilər və yüksək yoluxduruculuq qabiliyyəti var idi".

O, xəstəliyin ilkin mərhələsində antibiotik və sistemlərin qəbulunu tövsiyə etmir:

"Erkən dövrdə antibiotiklərin qəbulu zərərlidir. Çünki immun sistemi zəifləyir. Hərarətsalıcı dərmandan istifadə etmək, bol maye qəbul etmək və istirahət rejimi bu xəstəliyin müalicəsində ilk görülməli olan tədbirlərdir".

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də