Tanınmış aparıcı Razi Əliyeva şiddətə məruz qalıb.
RiaTv.az xəbər verir ki, bu barədə o, İnstaqram hesabında paylaşım edib.
Aparıcı bildirib ki, hadisə ilə bağlı artıq polisə müraciət edib.
Qeyd edək ki, ötən gecədən sosial şəbəkələrdə müxtəlif videolar paylaşılır. İddia olunur ki, R. Əliyeva sevgilisinə xəyanət etdiyi üçün döyülüb.
Bəziləri isə onun izləyicisi tərəfindən şiddətə məruz qaldığını bildiriblər.
R.Əliyeva "Xəzər maqazin"in aparıcı olub. O, həm də model kimi fəaliyyət göstərib.