Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNİN QƏHRƏMANLARINDAN BİRİ POLKOVNİK-LEYTENANT ƏLİYEV DƏYANƏT VƏLİ OĞLUDUR-FOTO


Azərbaycan anaları övlad yetişdirərkən onlara ən ülvi, ali hiss olan  vətən sevgisini aşılayır  və vətənin keşiyində durmağın şərəfli məsuliyyətini öyrədir.
Yaxın 44 günlük müharibə kimi tarixə düşmüş və xalqımızın qələbəsi ilə başa çatmış vətən savaşında bir daha  Azərbaycan oğullarının qəhrəmanlığı sayəsində ağızdolusu danışılacaq səlnamələr  yazıldı. İndi bu qəhrəmanlığı nəinki Azərbaycan mediası yazır, dünya nəşrləri də əsgərlərimizin şücaətinindən heyrətlə danışırlar. Azərbaycanı o qədər də çox istəməyən Fransanın “ Le monde” nəşrindən oxuduqlarımız buna missal ola bilər.Bəli, 27 sentyabrda başlayan vətən savaşına Ali Baş Komandanın əmri ilə ölkəmizin  hər güşəsindən qəhrəman, igid oğullarımız ordu sıralarına qatıldı. Bu igid cəsur qəhrəmanlar sözün həqiqi mənasında 2020-ci ilin  Vətən savaşında hər biri ayrı-ayrılıqda qəhrəmanlıq  tarixi yazdılar. Haqqında danışacağımız qəhrəmanımız da bu ruhda yetişdirilmiş Azərbaycan gənclərindən biri Bərdə rayonundan olan polkovnik-leytenant Əliyev Dəyanət Vəli oğludur.

Əliyev Dəyanət Vəli oğlu, 1975-ci il fevral ayının 6-da Bərdə rayonunda anadan olmuşdur .

O,1982-ci ildə Bərdə rayonunun 2-saylı Beynəlmiləl orta məktəbində təhsil alıb.Orta məktəbi  bitirdikdən sonra 1993-cü ildə  Bakı  Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olmuş və 1997-ci ildə həmin məktəbin motoatıcı ixtisası üzrə bitirmişdir.

Dəyanət 1997-ci ilin sentyabr ayından 2016 ci ilin mart ayının 15-nə qədər “N” saylı hərbi hissədə motoatıcı bölük komandiri, Sülhməramlı Qüvvələrdə bölük komandiri, taborun qərərgah rəisi, tabor komandiri, motoatıcı taborun qərərgah rəisi, motoatıcı tabor komandiri, əməliyyat bölmə (Q3) rəisinin döyüş və komandir hazırlığı üzrə baş köməkçisi vəzifələrində xidmət etmişdir.

Dəyanət Əliyevin mükafatları haqqında da geniş və ətraflı danışmaq olar. 5 noyabr 2001 – ci ildə NATO-nun Obermerqau şəhərində yerləşən NATO kurslarını  nailiyyətlə başa vurduğuna görə  Sertifkat əldə edib. 24 iyun 2003 cü ildə “Hərbi xidmətlərə görə” şəxsən Ulu öndər Heydər Əliyev tərəfindən təltifə layiq görülüb. 25 iyun 2004-cü il tarixində “Qüsursuz xidmətə görə”üçüncü dərəcəli medalla  mükafatlandırılıb. 25 iyun 2004-cü il tarixində Azərbaycan Respublikasi silahli Qüvvələrinin “10 ilik yubleyi”medali ilə ,15 noyabr 2012-ci il tarixində Azerbaycan Respublikasinin  MN tərəfindən “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3cü dərəcəli medalı, 24 iyun 2013-cü il tarixində Azərbaycan Respublikası Silahli Qüvvələrinin 95 İlliyi”yubiley medalı, 7 mart 2013-cü il tarixində “Azərbaycan Respublikasi Silahlı Qüvvələrinin 90 İlliyi” Yubileyi medalı , 18 sentyabr 2000-ci ildə  Qazaxıstan Respublikasinda  keçirilən “Çoxmillətli Təlimlər”  zamanı Qazaxıstan Respublikasının MN tərəfindən  1-ci yeri qazandığına görə  “Centrasbat-2000” medalı ilə polkovnik-leytenant Dəyanət Əliyevin xidmətləri həmişə yüksək qiymətləndirilib.

Polkovnik-leytenant Dəyanət Əliyevin xidmət keçdiyi ölkələrdə sülhməramlı missiyanı şərəflə həyata keçirilməsinə özünə məxsus töhfə verdiyinin şahidi oluruq. XTQ Sülhməramlı Qüvvələr taborunun tərkibində,Kosova,Əfqanıstan İslam Respublikası,İraq da Azərbaycan Silahlı Qüvvələrini layiqincə təmsil edib.Bununla yanaşı NATO-nun Türkiyə,Gürcüstan,Almaniya,Qazaxstanda keçirilən dünya səviyəli  təlimlərində də polkovnik-leytenant Dəyanət Əliyev  iştirak etmişdir.

Ümumilli liderimiz və onun layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyevin torpaqlarımızın azad olunması istiqamətində yürütdüyü daxili və xarici siyasət xalqımızın qələbə gününü , məhz bu günkü zəfərimizin vaxtını yetişdirmiş oldu. Uzun illərdən sonra Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş bütün rayonlarımız erməni işğalından tamamilə azad edildi. O cümlədən, Dağlıq Qarabağın bir hissəsi, ən əsasıdakı millətimizin qeyrət qalası mənfur ermənilərdən təmizləndi. İndi isə Dağlıq Qarabağın erməni yaşayan məntəqələrində Azərbaycanın suveren hakimiyyətinin  tam tətbiqi istiqamətində işlər aparılır. Heç şübhəsiz ki, ermənilərin torpaqlarımızdan çıxarılması və sülhə məcbur edilməsi Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun reallaşdırdığı dəmir yumuruğu sayəsində baş tutmuşdur. BMT-nin icra olunmayan 4 qətnaməsini məhz Azərbaycan əsgərinin şücaəti sayəsində yerinə yetirilmişdir. Və bu zəfərin qazanılmasında Dəyanət Əliyevində misilsiz xidmətləri olmuşdur.

Dəyanət  Vətən müharibəsi başlayanda polkovnik-leytenant kimi Bərdə Rayon hərbi komisarlığına müraciət edərək könüllü,öz istəyilə, ölkə başçısının səfərbərlik əmri ona şamil olunmasa belə   ön cəbhəyə yollanıb. Təftər-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə  fədakarlığılıqla iştirak etmişdir.
Qələbədən sonra layiqincə vəzifəsin yerinə yetirmiş polkovnik-leytenant Dəyanət Əliyev 2020-ci ilin 30 dekabrında silahli qüvələrin sıralarından tərxis olunmuşdur.
Onu da qeyd edək ki, Dəyanət Əliyev ailəlidir, 2 övladı var.
Allah sizi qorusun Bərdəminizin  igid vətən oğlu!

Regiontv.info

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də