Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

44 günlük "Vətən Müharibəsinin" qürurverici anları - Leyla Məmmədova

44 günlük


27 sentyabr 2020-ci tarixdən 10 noyabr 2020-ci tarixinədək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu xüsusi əks-hücum əməliyyatı keçirtdi. Dövrümüzün sərkərdəsi, Böyük Azərbaycan Xalqının Lideri, Cənab Ali Baş Komandanımızın rəhbərliyi və bilavasitə iştirakı ilə 44 gün müddətində davam edən rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatı, "Vətən Müharibəsi", Azərbaycan Xalqının mübarizəsi böyük uğurlarla yaddaşlara yazıldı.
Vətən müharibəsində qazanılan uğurların, əldə olunan nailiyyətlərin sevincini yaşayırıq. Bu sevincin səbəbi, Möhtərəm Prezidentimiz, Cənab Ali Baş Komandanımızın uzaqgörən siyasətçi, qətiyyətli lider, qərarlı rəhbər kimi fəaliyyəti, Azərbaycan Xalqının öz Liderinə, Prezidentinə sonsuz inamı, onu dəstəkləməsi, Cənab Ali Baş Komandanına sadiq, yüksək döyüşə, döyüş və mənəvi - psixoloji hazırlığa malik Azərbaycan Ordusunun Xüsusi əks-hücum əməliyyatını dəqiq icrası ilə duyduğumuz qürur hissidir.
44 günlük "Vətən Müharibəsi" ərəfəsində Azərbaycan vətəndaşı kimi qürur hissinə qərq olduq, hələ də bu sevinci yaşamağımızın hədd və hüdudu yoxdur.
Bugün "Vətən Müharibəsi" nə Azərbaycan Ordusunun hazırlığı, onun heyətinin peşəkar hazırlığı, silah və texnika arsenalının müasir hərb məharətində yer alan müştərək və birgə əməliyyatların icrasına uyğun inkişaf etdirilməsi və standartlaşdırılması uzun illər öncə əsası Dahi, Uzaqgörən, Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulan siyasi, iqtisadi və hərbi islahatların nəticəsidir. Aparılan islahatların bugün töhvəsini gördükdə isə Dahi, Uzaqgörən, Ümummilli Liderimizin bütün ideal islahatlarının düzgünlüyü və nəticəyə uyğunluğu insanın gözünü sevinc yaşlarına qərq edir. İnsan HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVLƏ həmvətən olmağından qürurlanır, fəxr edir.
Onun layiqli davamçısı, Möhtərəm Prezidentimiz, Cənab Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev bu islahatlar kursunu inamla davam etdirdi. Atanın təyin etmiş olduğu "Azərbaycanımızın Rifahı" müqəddəs kursundan bir dərəcə belə yayınmadan, müasir dünyanın yeni çağırışlarına elastik uyumla daim düşünülmüş, uzaqgörən, inamlı addımlarla bu gün sevinc hissini bölüşdüyümüz, Qürur duyduğumuz zəfər anına addımladı. Fərqli və bir o qədər də qərəzli mövqelərə sinə fərdi, mübarizəsini bir an belə dayandırmadı, Xalqına, Millətinə, Vətəninə, Silahlı Qüvvələrinə Lider, Başçı, Öndər, Əsil Vətəndaş, Ali Baş Komandan oldu Möhtərəm Prezidentimiz. Bu 44 gün kimi görsənən gərgin müharibə dövrünün budur qürurverici anları, yaşananları.
Özünə təyin etdiyi Liderin ardından inamla irəlilədi, bərk durdu, büdrəmədi, sonuna qədər inandı milləti, Azərbaycan Xalqı. Erməninin faşizm qədər acımasız olan təcavüzünə, vəhşiliyinə məruz qalsa da, evini, övladını, ailəsini, çox şeyini itirsə də, Prezidentinə, Cənab Ali Baş Komandana inamını itirmədi, inandı, inanır da. Onunla zəfərdən - zəfərə addımlayacağına əmindir Azərbaycan Xalqı. Nə möhtəşəm bir xalq, nə möhtəşəm bir güc birliyi. "Necə də qürurvericidir Azərbaycanlıyam demək". Zəfəri də Prezidenti ilə yaşadı, daha neçə-neçə zəfərləri də yaşayacağına əmindir. Azərbaycan Ordusuna dəstəyini bir an belə səngitmədi, durmadan ruhlandırdı, səslədi, gücləndirdi. Budur Ulu Azərbaycan Xalqı.
Başında İlham Heydər oğlu Əliyev kimi Ali Baş Komandan, arxasında Azərbaycan Xalqı kimi bir xalq olan Azərbaycan Ordusu qələbə qazandı, müzəffər oldu. Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin yetişdirdiyi dünənki körpələr, bugünkü "Şahinlər", "Aslanlar" və "Canavarlar"oldu. Əzdi yağı düşmənin başını, sancdı torpağımıza müqəddəs üçrəngli Bayrağımızı. Sevinc yaşatdırdı. Mübariz İbrahimova, Polad Həşimovu, Hikmət Mirzəyevi, qürur duyduq hər bir Azərbaycan Əsgəri ilə. Sən qəbrində rahat uyu bizim Ümummilli Liderimiz, Yaşasın, Yaşasın Möhtərəm Prezidentimiz, Cənab Ali Baş Komandanımız, eşq olsun Azərbaycan Ordusuna, var olsun Azərbaycan Xalqı!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də