Hazırkı dövrə kimi Azərbaycan dövləti bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Azərbaycanın birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın bu təşəbbüsü xalq tərəfindən böyük sevinc hissi ilə qarşılanıb.
Yerlərdə də könüllü olaraq bu təşəbbüsə qoşulub Şəhid ailələri, Qazilərimiz və hazırda hərbi xidmətdə olan əsgərlərimizin ailələrinə dəstək olanlar var.
Bərdə şəhəri 10 saylı Körpələr Evi- Uşaq Bağçasının müdiri Məmmədova Leyla İslam qızı da Ali Baş Komandanımız İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu təşəbbüsünə ilk qoşulanlardan biridir.
Leyla Məmmədova Bərdədə yaşayan 100-dən artıq Şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi xidmətdə olan əsgərlərin ailələrinə köməklik göstərib. Qeyd edək ki, Leyla xanım əvvəllər də Bərdədə məskunlaşan “məcburi köçkün” ailələrinə maddi və mənəvi yardımlar göstərmişdi.Onu da xatırlatmaq istərdik ki, Leyla xanım ingilis dilini yaxşı bildiyinə görə “İkinci Vətən Müharibəsi” dövründə sosial şəbəkələrdə informasiya müharibəsində də Azərbaycan həqiqətlərinin Dünyaya çatdırılmasında fəal iştirak etmişdir.
Eşq olsun Azərbaycan Xalqına!!!
Yaşasın Azərbaycan!!!
1 of 4