Bu gün Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vl Qrant müsabiqəsində Fərdi kateqoriya üzrə layihə rəhbəri Leyla Camalzadənin qalib gəldiyi "Təhsil nikahdan öndə gəlir" layihəsinin təntənəli açılış tədbiri baş tutub. Layihənin açılış tədbiri Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb- liseydə baş tutdu.Tədbirdə Millət vəkili Pərvin Kərimzadə,"Bələdiyyə, Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Gülnarə Əmiraslanova,Gəncə Dövlət Universitetinin təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Təhsil İşçilərinin Həmkarlar İttifaqının sədri Bəhram Hacıyev," Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva,Təmas" Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Qadın və uşaq sıgınacagı"nın direktoru Südabə Məmmədova,gənc alim Elnur Həsən,Təhsil meneceri AGMA Regional koordinatoru Kəmalə Nəhmədova və digər məktəb direktorları layihənin mövzusunun uğurlu seçimindən və çox aktual olmasından danışdılar. Gözləntilərini və dəstəklərini vurğuladılar.
Layihədə əməkdaşlıq edən Gəncə şəhər 40 nömrəli tam orta məktəbin direktoru İradə Səfərova, 3 nömrəli tam orta məktəbin direktoru Vüsalə Səfərova və Samux rayonu Səhrəddin Əliyev adına 2 nömrəli tam orta məktəbin direktoru Əminə Cəfərova "Biz birlikdə güclüyük" şüarını verdilər. Layihə haqqında və görüləcək işlər haqqında geniş məlumat verdilər.
Tədbirdə Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları, direktor müavinləri, sinif rəhbərləri, psixoloqlar, Uşaq Birliyi rəhbərləri, müəllimlər iştirak etdilər. Tədbir zamanı təqdim olunan video- çarx böyük maraqla izlənildi.
Tədbir iştirakçılar tərəfindən çox yüksək qiymətləndirildi.