Gəncə şəhərində Qadın Vəkillər Alyansının regional görüşü keçirilmişdir. Tədbirdə Qadın Vəkillər Alyansının sədri və təsisçiləri, Gəncə, Şəmkir, Mingəçevir və digər rayonların Vəkil Bürolarının qadın vəkilləri, “Təmas Regional İnkişaf" İctimai Birliyinin rəhbəri, eyni zamanda Gəncə 1 saylı Mediasiya Təşkilatının direktoru Südabə Məmmədova və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Alyansın sədri vəkil Dilarə Əfrasiyabova Qadın Vəkillər Alyansının fəaliyyəti haqqında iclas iştirakçılarına məlumat verdi. Daha sonra regionlarda fəaliyyət göstərən qadın vəkillərin problemləri dinlənildi, mövzü ətrafında müzakirələr aparıldı.
İclasda iştirak edən qadın vəkillər Alyansa üzv qəbul edildilər.
Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri cənab Anar Bağırov tədbirə “Zoom" vasitəsilə qoşuldu və iştirakçılara dəstək olduğunu bildird.
Tədbirin sonunda iştirakçılara cənab Anar Bağırovun adından suvenirlər hədiyyə edildi.
Alyansın fəaliyyət istiqamətini genişləndirmək məqsədilə Gəncə şəhərində bir sıra görüşlər keçirilmişdir. O cümlədən, Alyansın üzvləri “Təmas” Regional İnkişaf İctimai Birliyinin direktoru Südabə Məmmədova tərəfindən İB-yin ofisinə dəvət olunmuşlar.Görüşdə təşkilatın rəhbərləri Südabə Məmmədova və Kübra Ələkbərova tərəfindən İB-in fəaliyyəti haqqında geniş məlumat verilərək , regionda yaşayan qadınların problemləri qonaqlarla müzakirə edilmiş və onların həlli istiqamətində Qadın Vəkillər Alyansı ilə birgə əməkdaşlığa başlamağa qərar verilmişdir. Vəkil xanımlar Təmas Rİİb nin nəzdində fəaliyyət göstərən “Həsas vəziyyətdə olan zorakılıq qurbanları üçün reablitasiya və reintiqrasiya mərkəzinin sığınacağı”na baş çəkib sakinllərin problemlərini dinlədilər. Görüşün sonunda Südabə Məmmədova Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri cənab Anar Bağırova yaratdığı şəraitə görə minnətdarlığını bildirdi.
Görüşün davamı olaraq, Alyans iştirakçıları 1 saylı Gəncə Mediasiya Təşkilatına dəvət olunmuşlar. Görüş iştirakçıları təşkilatın ofisi ilə tanış olmuşlar, orada mediasiya haqqında geniş müzakirələr aparmışlar.