Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda qəza törədən türkiyəli pilot cərimələnib

"Charouz Racing System"də çıxış edən türkiyəli "Formula 2" pilotu Cem Bölükbaşı Bakıda baş vermiş hadisəyə görə cərimələnib.

RegionTV.info-nun məlumatına görə, buna 24 yaşlı sürücünün atası Yavuz Bölükbaşının və meneceri Temuçin Ünalpın DAMS komandasının qarajına gedərək israilli sürücü Roy Nissanin məşqçisi Françesko Martinezlə mübahisə etməsi səbəb olub.

İnsident zamanı Yavuz Bölükbaşı və Martinez bir-birilərini itələyiblər. Buna görə türkiyəli pilota 5 000 avro cərimə tətbiq olunub.

Qeyd edək ki, Roy Nissani və Cem Bölükbaşı Azərbaycan Qran-prisində bir-birilərinə toxunduqdan sonra qoruyucu səddə çırpılıblar. Hadisədən sonra israilli sürücü "trasda bir axmaq var" ifadəsini işlədib. Bölükbaşı isə "o mənə toxundu" deyib.

Daha sonra yarış rəhbərliyi hadisəni araşdırıb və Nissaninin qəzaya səbəb olduğu üzə çıxıb. Pilot qarşıdakı yarışda mübarizəyə 3 sıra geridən başlayacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də