Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Rusiyaya idxalı boykot edin” – Zelenskidən çağırış

Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq tərəfdaşları Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.
 
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb. 
 
“İşğal davam edərsə və Rusiya Ukraynaya qarşı planlarından əl çəkməzsə, yeni sanksiyalar paketinə, yeni qadağalara, sülh naminə müharibəyə qarşı yeni addımlara ehtiyac var. Bunlar Rusiya ixracatının boykot edilməsi, xüsusən də Rusiya nefti və neft məhsullarının rədd edilməsidir. 
 
Rusiyaya idxalı boykot edin, sivil qaydalara riayət etmək istəmirlərsə, onda onlar sivilizasiyadan məhsul və xidmət almamalıdırlar”, - deyə Zelenskinin çağırışında qeyd olunub.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də