Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsmayıllıda milli park adlanan Şahdağ dövlət qoruğu yerli brakonerlərin xidmətində.


İsmayıllı rayonu Buynuz kəndinin sakini redaksiyamıza maraqlı məlumat verərək bildirdi ki, Şahdağ milli qoruğunun İsmayıllı ərazisində yerləşən hissəsində il boyu müxtəlif növ heyvanlar ovlanaraq əti satışa göndərilir.
İstisu,Qalacıq, Çayqovuşan, Sumağallı və Buynuz kəndinin sakinləri olan bir qrup ovçu mütəmadi olaraq qoruq ərazisində qanunsuz olaraq ov edir və hətta ov əti biznesi yaradıblar.
Ərazidə qaban,ayı,dağ kəli,dağ keçisi və cüyür kütləvi şəkildə ovlanaraq Bakıya sifariş verilən restoranlara və sair adamlara göndərilir.Artıq bu sahə 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin,qoruğ müdiriyyətinin gəlir mənbəyinə çevrilib.
Ərazidə artıq cüyür və ayı tapmaq müşkül məsələyə çevrilib.Bu heyvanlar ovlanaraq nəsli kəsilməkdədir.
Rayon hüquq-mühafizə orqanları ərazidə baş verənlərdən nə dərəcədə xəbərdardır,onu demək olmur.
Ancaq fakt budur ki,ilimiz 12 ay aciq-gizli həmin ərazilərdə ov olunur.Xalqımızın sərvəti bir qrup harın şəxslər tərəfindən məhv olunaraq mənimsənilir.Təəssüf ki,buna rəsmi qurumlar göz yumurlar.

Redaksiya:Saytımızı izləyin tezliklə həmin ərazidə baş vermiş qanunsuz əməlləri ifşa edəcək video görüntülər təqdim olunacaq.
Qarşı tərəfi dinləməyə hazırıq

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də