“Azərbaycan hər zaman BMT qətnamələrinə tərəfdar çıxıb”.
RegionTV.info-nun məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Nazir müavini bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 3890 nəfər itkin düşüb və onlardan 3171-i hərbçi, 719-u mülki şəxslərdir: “Ermənistan 267 mülki şəxsi əsir götürüb. O cümlədən 29 uşaq, 98 qadın, 112 yaşlı şəxs ermənilər tərəfindən girov götürülüb və geri qaytarılmayıb. Azərbaycanlı əsirlər çox pis şəraitdə saxlanılır, onların əksəriyyəti tab gətirməyərək ölür. Bu, insanlığa qarşı cinayətdir”.
Xəbəri paylaş