Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ordumuza dəstək olmaq hər bir Azərbaycanlının mənəvi borcudur - Aqil Məmmədov

Ordumuza dəstək olmaq hər bir Azərbaycanlının mənəvi borcudur - Aqil Məmmədov


Artıq bütün dünya ictimaiyyəti Azərbaycan xalqının haqq yolunda mübarizədə doğru yolda olduğunu qəbul edir. Bu mübarizədə qəhrəman Ordumuzla yanaşı bizim arxa cəbhədə fəaliyyət göstərən siyasətçilərimiz, ziyalılarımız da həmişə əsgərlərimizə ruh yüksəkliyi verməklə bizim öz torpaqlarımızda olduğumuzu, mənfur ermənilərin saxta, yalan məlumatlarla indiyəcən dünya ictimaiyyətini aldatmasını sübut edirlər.
Bütün ziyalılarımızla yanaşı Kəlbəcər rayonundan seçilmiş , Milli Məclisin deputatı Aqil Məmmədov hazırda qızğın döyüşlərin getdiyi bölgələrdə olaraq qəhrəman əsgərlərimizlə görüşüb.

Cəbhənin müxtəlif istiqamətlərində düşməni işğal edilmiş torpaqlarımızdan geri ataraq, daha doğrusu cənab Prezidentimiz demişkən, murdar erməniləri it kimi qovaraq ərazilərimizi azad edən əsgərlərimizlə görüşlərdə millət vəkili Aqil Məmmədov Azərbaycan ordusunun bu gün tarixi bir missiya ilə yola çıxdığını bildirib. O qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan bu azadlıq savaşı ordumuzun mütləq qələbəsi, düşmənin iflası ilə nəticələnəcək. Deputat çıxışlarında belə qeyd edib: “Cəmi bir həftədə Azərbaycan ordusunun cəbhədə qazandığı qələbələr bunu deməyə əsas verir. İnanırıq ki, bu qələbə marşı bizi bütün işğal edilmiş əraqzilərimizə, o cümlədən, Kəlbəcərə qovuşduracaq”.

Görüşlərdə millət vəkili tərəfindən əsgərlərimizə sovqatlar təqdim olunub.

Millət vəkili A.Məmmədov son günlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş şəhidlərimizin vida mərasimlərinə də qatılıb. Bu mərasimlərdə çıxış edərək bildirib ki, dövlət-xalq-ordu birliyi bizi qələbəyə çatdıracaq: “O zaman bütün şəhidlərimizin ruhları rahatlıq tapacaq”.
Ordumuza dəstək olmaq hər bir Azərbaycanlının mənəvi borcudur - Aqil MəmmədovOrdumuza dəstək olmaq hər bir Azərbaycanlının mənəvi borcudur - Aqil MəmmədovOrdumuza dəstək olmaq hər bir Azərbaycanlının mənəvi borcudur - Aqil MəmmədovOrdumuza dəstək olmaq hər bir Azərbaycanlının mənəvi borcudur - Aqil MəmmədovOrdumuza dəstək olmaq hər bir Azərbaycanlının mənəvi borcudur - Aqil Məmmədov

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də