Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda qayınana hamilə gəlinini vəhşicəsinə döydü - VİDEO

Lənkəranda gəlinini döyən qadınla bağlı araşdırma başladılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yayılan videogörüntülərdən məlumatlıyıq. Fakt üzrə Lənkəran Rayon Polis şöbəsində təhqiqat araşdırmaları aparılır. 

RegionTV.info-nun əldə etdiyi məlumata görə, Lənkəran rayon Yuxarı Nüvədi kəndində yaşayan 1946-cı il təvvəllüdlü Qurbanova Girdənaz 1990-cı il təvvəlüdü gəlinini döyüb.Azərbaycanda qayınananın gəlinini vəhşicəsinə döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisənin Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində baş verdiyi bildirilir.

Məlumata görə, gəlin hər gün qayınana tərəfindən şiddətə məruz qalır. Onun ana və atasının olmadığı, həmçinin hamilə olduğu qeyd edilir.                           
[media=https://youtu.be/AwFkRNYuT60]





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də