Bu günə qədər ümumilikdə 2 889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub.
"RegionTV.info" xəbər verir ki, Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Vətən müharibəsinin başladığı gündən hərbi prokurorluq orqanları tərəfindən döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın meyitlərinin müayinə olunması, dini adət-ənənələrə uyğun olaraq hazırlanıb dəfn olunması üçün yaşadıqları ünvanlara göndərilməsi məqsədilə Füzuli rayonunda, Beyləqan, Bərdə, Yevlax və Gəncə şəhərlərində mərkəzlər yaradılıb.
İndiyədək ümumilikdə 2 889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub. Onlardan 1 481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1 022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib.
Xəbəri paylaş