Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DİQQƏT: Saxta profil açanlar, adını, soyadını, ata adını gizlədənlər həbs ediləcək...

"RegionTV.info"
SAXTA PROFİLLƏ BÖHTAN ATANLAR, TƏHQİR EDƏNLƏR CƏZALANIRILACAQ

Cinayət Məcəlləsinə edilmiş dəyişikliklə, bundan sonra internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atan və ya təhqir edənlər cəzalandırılacaq.

Bu cür əməllərə yol verənlər aşağıdakılardan biri ilə cəzalandırılacaq:

- 1000-2000 manatadək cərimə;

- 360-480 saatadək ictimai işlər;

- 2 ilədək müddətə islah işləri ;


- 1 ilədək azadlıqdan məhrum etmə.

Bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə kimlər nəzğrdə tutulur:

- internetdə, o cümlədən sosial şəbəkələrdə adı, soyadı və ya ata adı saxta olanlar;

- adını, soyadını və ya ata adını gizlətmiş şəxslər;

- başqa şəxsə aid olan məlumatları həmin şəxsin icazəsi olmadan istifadə edərək, özünə istifadəçi adı, profil və ya hesab yaratmış şəxslər.

QEYD: Saxta profil açmaq, adını, soyadını, ata adını gizlətmək və ya başqasına aid məlumatları özününki kimi göstərmək cinayət deyildir. Ancaq bu cür addan, profildən və ya hesabdan bqasına böhtan atmaq və ya təhqir etmək cinayətdir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də