Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ-da yaşayan Şairə, Ülkər Şahlarqızı xalqımızı təbrik edib ŞEİRLƏR


Amerikada yaşayan Ülkər xanım 1980-ci il aprelin 12-də Şabran rayonunda dünyaya gəlib. Tibb texnikumunu bitirdikdən sonra ailə qurub, Amerikaya köçdüyü üçün təhsilini orada davam etdirib. Polis akademiyasına daxil olub və yüksək nəticələrlə ofiserlik qazanıb. O, həmçnin poeziya insanıdır. Üç şeir kitabının və bir neçə mahnının müəllifidir. O,bu gün Azərbaycan xalqını 8 Noyabr zəfər bayramı ilə bağlı xalqımızı təbrik edib. Ülkər xanımın poeziyasından bir neçə nümunəni oxuculara təqdim edirik:


Şəhidlər 


Dağlar kimi oğulların,

Tarıx yazdı Azerbaycan.

Həsrət dolu bu yolların,

Üstdə axdı nə qədər qan.


Ata-ana qəlbi yandı,

Övladının fərağında.

Qoxulayıb ətrin aldı, 

Şəhid olan torpağında.


Neçə körpə dil açmamış,

Ata sözün unutdular.

Bağçasında gül açmamış,

Çiçəklərin soldurdular.


Torpaqlarda al lalər,

Şəhid qanıyla boyandı.

Döyüşlərdə nərə çəkdi,

Şir biləkli nər ərənlər.


Azad oldu əsir yurdum,

Xan kəndində Xanım güldü.

Şuşa qalam mərd qürurum,

Sən azadsan, hər yan güldü.

 

Bu dünyaya zəfər tağın,

Sən gətirdin Azərbaycan.

Yaşa, yaşa hər bir zaman,

Uca ol sən Azərbaycan.


Şəhid Ana


Bir cüt ana gözü dikilib baxır, 

Bir cüt oğlunun son gedən yola.

Gözündən qəm ilə yaşları axır,

Çətin ki, qəlbinə bir sevinc dola.


Biri arzusuydu, biri xəyalı,

Nələr düşünürdü oğullarıyla.

İndi dayanıbdır köksü yaralı,

Uçan arzularla, qırıq xəyalla.


Necə məğrur durub o yolun üstdə,

Vüqarla seyr edir Vətən torpağın.

Bir zaman böyüyən qolları üstdə,

İndi ona bəxş edibdir,Vətən Bayrağın.


Şəhid atası

Qoy torpağım danışsın,

Siz də dinləyin onu.

Yaranış bu torpaqdan,

Unutmayağın bunu.


Hər neməti, ruzini,

Torpaq bəxş edib bizə.

Bu dünyanın nazını,

Yaradan verib bizə. 


Ata oğul gözləyir,

Oğul vətən qoruyur.

Ana qəlbdə sızlayır,

Oğul Şəhid uyuyur.


Ata çəkir fəryadı,

Uzanır daş məzara.

Oğlum üşüyər birdən,

Düşər soyuq azara.


Ana göz yaşın tökür,

Saçı qəmdən ağarır.

Ağlayır, hönkür-hönkür,

El tabutu qaldırır.


Ata məğrür dayanır,

Baxışları dağ kəsir.

Damarda qan qaynayır,

Əsəbdən əlləri əsir.


Ana deyir ki oğlum,

Ölməyibdir, Şəhddir.

Torpaq uğrunda ölən,

Ölməzliyə yetəndir.


Bir körpə dayanıbdı,

Lal məzarın önündə.

Bir dünyanın yükü var,

Bu körpənin dizində.


Baxışları danışır,

Məzarla iftixarla.

Mən də sən tək olacam,

Söyləyir o vüqarla.


Sən aldın el qisasın,

Qaytardın vüqarımızı.

Mən də yüksəkliklərdə,

Tutacam bayrağımızı.


 Tarıx

Tarıx bizə nələr diyir?!

Tarıx bizə yaşa deyir!

Dön keçmışə əcdadına,

Bax özünə kimsən deyə.

Sen bir Türksən unutma can

Şanlı yaşa Azərbaycan!!!

Can bir olan, Türk yaşasın,

Məməd Əmin Rəsulzadə,

Əliyev Heydər nə deyir.

Oxu örgən vətən bayraq,

Ədəb, soyun örgən anlat.

İslam kimi  dinmiz var.

Soy kökünə bunu anlat.

Sen düşmənə boyun əymə,

İslam birdir vətən birdir.

Məzlumları sevib beslə,

Çünkü dinmiz bunu deyir.

Türk dünyasın, Türk adınla,

Sen unutma, unutdurma..!

Yeri gəlsə can vererek

Susma duydur yurd elinə

Torpaq Türklük İslamıdı.

Nə zamansa bilməyənə,

Millət nədir bilsin deyə..


Ülkər

Ey dünyam,üstüme gelme bu qeder,

Sene aci veren men olmadim ki,

Derdinle aliśdim,derdinle yandim,

Derdini artiran men olmadim ki,


Torpaga baxdiqca doymayir könlüm,

Agaca baxdiqca dincelir gozüm.

Güneśe baxdiqca aliśir közüm,

Qaranliq zülmetin men olmadim ki.


Baxirsan ey dünya,insaniq bize,

Vermisen her nemet,ruzini bize.

Allahdan bir sevgi bexś etdin bize,

Vefasiz,ilqarsiz men olmadim ki.


Sen de cox yorgunsan, ey qoca dünya,

Yaralar almisan çox qoca dünya.

Bezmisen śerlerden sen,qoca dünya,

Emeli śerlenen men olmadim ki.


Hem dövlet varin var,hem ruzi halin,

Gozleri doymadi acgöz insanin.

Sene boyun eyen,qulun olanin,

Esiri,kölesi men olmadim ki.


Güclü ol, ey dünyam sebirli ol sen,

Torpaqdan, göylerden gücünü al sen.

Sen adli dünyada qonaginam men,

Yad elin vurgunu men olmadim ki.


Sen bunu bilirsen,tekem dünyada,

Yaxśiya,pise de yer var dünyada.

Bir Ülker adi da qalar dünyada,

Vetensiz yaśayan, men olmadim ki..


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də