Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatından sonra Avropa qitəsi rus qazından asılılığının əsas gətirdiyi enerji böhranına düşmək riski altındadır.
Rusiyadan qaz alışının dondurulması və ya embarqo qoyulması, hansı ölkələrin enerji təchizatının daha çox risk altında olacağı dünyanın gündən mövzusudur. Moskvanı cəzalandırmaq məqsədi daşıyan bir sıra təkliflər irəli sürülsə də, Rusiyadan neft və qaz alışının dayandırılması mövzusu Avropa ölkələri arasında ciddi fikir ayrılığı yaradıb.
Son məlumatlara görə, Avropanın əsas güc mərkəzlərindən olan Almaniya istifadə etdiyi qazın təxminən yarısını Rusiyadan idxal edir, Fransa isə tədarükün yalnız dörddə birini bu ölkədən əldə edir. Bundan başqa, İtaliya da Rusiya qazından 46 faiz asıllıq göstəricisi ilə ön sıralarda yer alır.
Bəzi kiçik Avropa ölkələri yalnız Rusiya qazına arxalanırlar, o cümlədən Şimali Makedoniya, Bosniya və Herseqovina, eyni zamanda Moldova bu qəbil ölkələrdəndir.
Rus qazından asılılıq Finlandiya və Latviyada qaz təchizatının 90 faizindən çoxunu, Serbiyada isə 89 faiz təşkil edir. Gürcüstan, İrlandiya və Ukraynada isə Rusiya qazından azılılıq demək olar ki, çox azdır.
İndi Avropanın qaz tədarükü həlledici məqamdadır, Avropa İttifaqında üzv ölkələr Rusiyanın yanacaq ödənişlərinin rublla edilməsi tələbini rədd edib-etməmək barədə qərar verməlidir. Rusiyanın qaz müqabilində rubl tələbinə əməl etmək Avropa İttifaqının öz sanksiyalarını pozacaq.
Qeyd edək ki, aprelin 27-də Moskva Bolqarıstan və Polşaya qaz ixracını dayandırıb. Rusiya lideri Vladimir Putin rublla ödənişdən imtina edən digər Avropa ölkələrinə qarşı da eyni addımın atılacağı barədə xəbərdarlıq edib. Belə məqamda Almaniya Rusiya qazının idxalını kəskin dayandıracağı təqdirdə artıq böhran planı hazırlayır, alternativ yollar axtarır.
Onu da bildirək Avropa İttifaqı 2021-ci ildə Rusiyadan təxminən 155 milyard kubmetr (bcm) təbii qaz idxal edib. Bu göstərici Aİ-nin ümumi qaz istehlakının təxminən 40%-ni təşkil edir. Görürən odur ki, Rusiya qazı bir sıra Avropa ölkələrini öz girovuna çevirib. Ukraynadakı müharibə fonunda çoxsaylı sanksiyalara məruz qalan Moskvanın Qərbə ən güclü təsir vasitəsi məhz yanacaq kartı hesa olunur.