Şəhidin diri olması cismani və maddi baxımdan diri olması anlamında ola bilməz. Çünki onların cəsədləri də digər insanlar kimi qəbirdə çürüyür.
Onların diri olması İsa peyğəmbər və Xızır peyğəmbərin diri qalması kimi də deyil.
Quranda Ali-İmran surəsinin 169-cu ayəsində buyurulur:
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.”
Şəhidlər ölü deyil, diridirlər, həqiqəti Bəqərə surəsinin 154-cü ayəsində də qeyd edilir:
“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.”
Bəs burada şəhidin diri olması dedikdə nə nəzərdə tutulur?
Burada şəhidin diri olması cismani və maddi baxımdan diri olması anlamında ola bilməz. Çünki onların cəsədləri də digər insanlar kimi qəbirdə çürüyür.
Onların diri olması İsa peyğəmbər və Xızır peyğəmbərin diri qalması kimi də deyil.
Şəhidin diri qalması sadəcə Bərzəx aləmində Allah tərəfindən nemətlərdən bəhrələnməsi anlamındadır.
Əvvəla “Bərzəx Aləmi”nə bir aydınlıq gətirək: Bu aləm hazırda cismən və ruhən yaşadığımız dünya ilə sorğu-suala çəkiləcəyimiz qiyamət aləmi arasında olan müvəqqəti bir aləmdir.
İnsan öldükdən sonra onun qəbrindəki cəsədi çürüyə bilər. Amma onun ruhu qiyamatə qədər Bərzəx aləmində qalar. Bu zaman o ya nemətlərdən bəhrələnər ya da cəzalandırılar.
Bərzəxin necəliyi bizim gördüyümüz yuxulara bənzəyir. Biz bəzən yuxuda ağrı-acı çəkir, bəzən isə sevinib, xoşhallanırıq. Bərzəx aləmi də belədir.
Şəhidlərin diri qalması Bərzəxdə nemətlərdən bəhrələnməsi deməkdir.
Çünki buyurulur ki, şəhidin ilk damla qanı yerə düşdükdə Allah onun bütün günahlarından keçər, şəhid olan zaman ona behiştdə veriləcək yer göstərilər, ona 72 huri verilər, o qəbr əzabından və “Fəzə əkbər” əzabından amanda qalar, qırmızı yaqutdan başına tac qoyular və ona qiyamətdə 70 nəfəri şəfaət etmək haqqı verilər.