Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun “İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında videokonfrans formatında görüşün keçirilməsi barədə hazırlıq davam edir”, bəyanatından sonra İrəvanın çıxartdığı “Arşak oyunu” Moskvadan xəbərsiz ola bilməzdi. Bəllidir ki, baş tutarsa, bu görüşdə sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin kommunikasiyaların açılması məsələsinin həll edilməsi nəzərdə tutulur. Doğrudur, ilk baxışda Rusiya özünü Cənubi Qafqazda nə qədər sülpərəst donunda gözə dürtməyə cəhd etsə də, amma əslində münaqişəpərəst olduğunu heç bir “donda” gizlədə bilmir.
Öncə ondan başlayaq ki, Rusiya ötən ilin 10 noyabrında özünü gecə ilə Qarabağa soxaraq məlum üçtərəfli sazişə imza atmaqla, İrəvanın bu sazişdən irəli gələn bütün bəndləri yerinə yetirəcəyinin zəmanətçisi olması öhdəliyini üzərinə götürdü. Ancaq sonralar görünən o oldu ki, Rusiyanın məqsədi Qarabağda heç də sülh yaratmaq deyil, məhz uzunçuluq edərək “əsgər yatır, xidmət gedir” prinsipi ilə baş qataraq yerini möhkəmlətməkdir.
Maraqlıdır, əgər belə deyilsə, Zəfər Günü, Şuşada səfərdə olan Azərbaycanın dövlət başçısı ilə Türkiyə Müdafiə nazirinin görüşdüyü bir vaxtda, Ermənistanın müdafiə naziri Arşak Karapetyanın rusiyalı “sülhməramlıların” məsuliyyət zolağında olan Laçın dəhlizindən qanunsuzcasına rahatlıqla keçib Xankəndiyə gəlməsinə, burada separatçı hərbçilərlə müşavirə keçirməsinə, Azərbaycan ordusu ilə təmas xəttində yerləşən işğalçı hərbi hissələrindən birində olmasına, səngərləri gəzməsinə, Azərbaycan mövqelərini müşahidə etməsinə və Qarabağda faktiki hərbi xidmət keçən bir neçə separatçı hərbçiləri mükafatlandırmasına kim şərait yaratdı?
Bu boyda həngamədən sonra Rusiya XİN-ni Qarabağla bağlı üçtərəfli razılaşmanın imzalanmasının birinci ildönümü ilə bağlı yeni bəyanat verərək, “Rusiya sülhməramlı kontingenti regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir... Rusiya Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılmasının və sonradan demarkasiya və delimitasiyası prosesinə mümkün qədər tez başlanmasının tərəfdarıdır. Bu gün biz qeyd edə bilərik ki, 9 noyabr 2020-ci il tarixli bəyanatda qeyd olunan razılaşmalar ümumilikdə yerinə yetirilir. Bakı və İrəvanın bundan sonra onun bütün müddəalarına ciddi əməl etməsinə sadiq qalması vacibdir”, deməsi nə qədər səmimi görünə bilər?
Baxın, Rusiya sülhməramlı kontingenti regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə necə mühüm töhfə verir və ya 9 noyabr 2020-ci il tarixli bəyanatda qeyd olunan razılaşmalar ümumilikdə necə yerinə yetirilir ki, burada qeyd edilən əsas bəndlərdən biri - 4-cü bənd indiyədək hələ də “göydə” qalıb? Nədən Moskva ötən gün özünü “dqr” prezidenti sayan Arutyunyanın növbəti ilin yanvar-fevral aylarında hərbi xidmətə qış çağırışı barədə imzaladığı “fərmana” göz yumur? Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın Zəfər Günü Karapetyanı Xankəndiyə elə Moskva özü göndərib.
Bu gün isə Qarabağa dürtülməklərinin ildönümü münasibətilə Muradov və Anaşkinlə birgə rusiyalı “sülhməramlılar” böyük tədbir keçirib, Azərbaycan torpağında yaxşı “yatmaqda və xidmətdə” fərqləndiklərinə görə medallarla təltif edilib, axşama doğru da erməni qızları ilə əylənəcəklər.
Ermənistanla Azərbaycan arsında sərhədlərin demarkasiya və delimitasiyasına gəlincə isə, iki gün öncə Ermənistanın ictimai televiziyasına müsahibəsində öz mövqeyini ortaya qoyan Paşinyan, Koçaryan və Sarkisyan siyasətbazlığından, daha doğrusu isə Kardaşyandan fərqlənmədiyini ortaya qoyub. O, burada bildirir ki, “Demarkasiya və delimitasiya, Qarabağ münaqişəsinin həlli və regional kommunikasiyaların açılması prosesləri bir-birindən aydın şəkildə ayrılır. Bizim mövqeyimiz budur”. Ondan sərhədin demarkasiya və delimitasiyası hansı xəritələr əsasında həyata keçirilməli olduğunu soruşulduqda isə, “Müşahidələrimiz göstərir ki, xəritələr yenidən çap olunub, çünki kağız köhnəlir”, deyə xəritələrə şübhə ilə yanaşdığını ortaya qoyub.
Ermənistan XİN başçısı Vaqe Gevorkyan isə öz növbəsində “İrəvan Dağlıq Qarabağ danışıqlarında “xilas olmaq üçün tanıtmaq” tezisini irəli sürməlidir” – deyir. Yəni, Qarabağ ermənilərinin xilas olması üçün mütləq “dqr” tanınmalıdır. O, “İki müharibə zamanı baş verənlər onu göstərir ki, Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilmirlər. Düşünürəm ki, danışıqlar və müzakirələr zamanı bu fikri təbliğ etməliyik”, - deməkdən hətta utanmır. Yeri gəlmişkən, elə Paşinyan özü də Qarabağın tənzimlənməsi ilə bağlı danışıqların əsasında “xilas olmaq üçün tanıtmaq” prinsipini irəli sürür.
Bu arada, bu gün Arşak Karapetyan Rusiyanın paytaxtında keçiriləcək MDB-yə üzv dövlətlərin müdafiə nazirləri şurasının növbəti iclasında iştirak edəcək. Elə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov da bu iclasda iştirak etmək üçün Moskvaya gedib. Doğrudur, Karapetyanın dünənki özbaşınalığına görə Azərbaycan XİN-dən və Müdafiə nazirliyindən rəsmi bəyanat verilsə də, ancaq burada yalnız ona deyil, həm də Rusiya müdafiə naziri Şoyquya üz-üzə, göz-gözə qəti xəbərdarlıq edilməlidir! Çünki, Laçın dəhlizi rusiyalı “sülhməramlıların” yatacaq yeri deyil, Azərbaycanın hüquqi suveren ərazisidir!