2020-ci ilin dekabr ayının 10-da Bakıda keçirilən Qələbə Paradından bir gün sonra Türkiyə və Azərbaycan prezidentləri birgə mətbuat konfransında ilk dəfə olaraq, Cənubi Qafqazda qurulacaq yeni siyasi-iqtisadi əməkdaşlıq platformasından söz açmışdılar.
İlham Əliyev yeni çoxtərəfli platformanın qurulmasının əhəmiyyətindən danışmış və bu platformadan bütün tərəflərin xeyir götürəcəyini elan etmişdi. O, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya və Türkiyə-Rusiya-İran əməkdaşlıq platformalarının mövcudluğundan danışaraq, müharibədən sonra regionda formalaşmış yeni reallıqda bu əməkdaşlıq platformalarının bir mərkəzdə birləşməsinin daha məqsəduyğun olmasından söz açmışdı. Ərdoğan isə yeni formatı “altıtərəfli platforma” adlandıraraq, Türkiyə, Rusiya, İran, Azərbaycan və Gürcüstanla yanaşı, Ermənistanı da bu platformaya qoşulmağa dəvət etmişdi
Bəs maraqlıdır, bu fomat iştirakçı ölkələrə nə verəcək? Planın reallaşmaması üçün hansı maneələr ola bilər?
Bu haqda iqtisadçı ekspert Natiq Cəfərli Modern.az-a danışıb.
Onun fikrincə, burada əsas maneə Azərbaycanın Ermənistana yeni sülh müqaviləsinin bağlanması ilə bağlı təklifinə İrəvanın reaksiya verməməsidir. Eksprt rəsmi Yerevanın formata qoşulmaq üçün şərtlər irəi sürdüyünü deyib:
“Bu format Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüsü ilə irəli sürüldü. Bu, bütün region ölkələrinin iqtisadi fəaliyyətinə, ticarətinin genişləndirilməsinə təsir edəcək bir formatdır. Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Format çərçivəsində bölgədə kommunikasiyalarının açılması, yeni dəmiryolları, avtomobil yolları və Zəngəzur dəhlizi ilə bağlı məsələlər həll olunacaq. Bu format Azərbaycanı həm Naxçıvanla bağalyacaq, həm oranın təchizatı ilə bağlı problemlər həllini tapacaq. Çünki uzun illər Naxçıvan blokada şəraitində yaşayırdı. Azərbaycan Şərq-Qərb, Cənub-Şimal dəhlizinin mərkəzində yerləşdiyi üçün logistik üstünlüklər qazanır. Hər bir ölkə üçün bu format yeni fürsətlər açır. Reallaşması gec-tez mütləq baş verəcək. Rəsmi Bakı haqlı olaraq bu məsələnin həlli üçün Ermənistanla Azərbaycan arasında yeni sülh müqaviləsinin bağlanmasını təklif edir. Ancaq Ermənistan bütün məsələlərin bir müqavilədə həll olunmasını istəyir. Həm kommunikasiayaların açılması, həm sərhədlərin dəqiqləşdirilməsi və həm də Azərbaycanda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının rəsmi Bakının zəmanəti altında yaşaması üçün təkliflər hazırlanır. Ermənistan Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının gələcəkdə status almasına çalışır və bu məsələni “3+3” formatına bağlamağa çalışır. Ancaq bu qeyri-konstruktiv yoldur. Azərbaycanın təklif etdiyi geniş sülh müqaviləsi daha məntiqli və maraqlıdır. Formatın müsbət tərəflərini düşünsək, yaxın gələcəkdə hansısa sənədlərin təsdiq olunması, yeni sənədlərin imzalanmasını görəcəyik”.