Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb

Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb

Nepal və Çində baş verən dağıdıcı sel fəlakəti nəticəsində itkin düşənlərin sayı 1 500-ə yaxınlaşıb.

Nepalda itkin düşənlərin sayı 826 nəfərə çatıb. Onların arasında 600-ə yaxın xarici vətəndaşın olduğu bildirilir.

Çinin Tibet bölgəsində isə 558 nəfərin itkin düşdüyü açıqlanıb. Beləliklə, iki ölkə üzrə ümumilikdə təxminən 1 400-1 500 nəfərin taleyi məlum deyil.

Fəlakət Himalay dağlarında buzlaqın çökməsi nəticəsində güclü sel və palçıq axınının yaranması ilə başlayıb. Təbii fəlakət Nepal ilə Çin arasındakı mühüm nəqliyyat marşrutlarına, yaşayış məntəqələrinə və infrastruktura ciddi ziyan vurub.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Çətin relyef, dağılan yollar və kommunikasiya problemləri xilasedicilərin işini çətinləşdirir. Rəsmi məlumatlara görə, ölənlərin sayı da artmaqda davam edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də