Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hər il ixtisas seçimi ilə əlaqədar "Abituriyent" jurnalı hazırlanaraq satışa çıxarılır. Abituriyentlər bu jurnaldan istifadə edərək, ali məktəblərə qəbul üçün ixtisas seçimi edirlər. Bəzən DİM-in dərc etdiyi jurnal seçim edən gənclər arasında çaşqınlıq yaradır. Belə ki, bir çox ixtisaslar ödənişli və ödənişsiz yazıldığı halda, bəziləri qarışıq, yəni eyni bal üzrə həm ödənişli, həm ödənişsiz yerlər qeyd olunur. Bu isə seçim edən abituriyentlər arasında çaşqınlıq yaradır.
Bu barədə danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, DİM tərəfindən 4 saylı "Abituriyent" jurnalında həm dövlət sifarişli, həm də ödənişli yerlər öz əksini tapıb. Konkret plan yerlərinə uyğun universitetlərin adları qeyd olunub. Məsələn, 2-ci qrupda maliyyə ixtisası üzrə 500 plan yeri ayrılırsa, bu, müvafiq olaraq 10-12 universitet arasında bölünür. Ancaq burada tam dəqiq say qeyd olunmur.
Ekspert hesab edir ki, jurnalda dəqiq sayın göstərilməsi vacibdir:
“Bu proses bəzi abituriyentlərdə çaşqınlıq yaradır. Onlar qarşıda neçə plan yerinin ayrıldığını və həmin ayrılmış plan yerlərindən neçəsinin dövlət sifarişli və neçəsinin ödənişli olduğunu bilmir. Əslində, bunun tam açıq qeyd olunması daha uyğun olar. DİM sadəcə olaraq ümumi sayı verir və həmin yerlərin hansı universitetlərə ayrılması qeyd olunur. Ancaq ümumi ayrılan yer 20-dirsə, qeyd olunmalıdır ki, 12 yer dövlət sifarişli, 8 yer ödənişlidir, yaxud əksinə 8 yer dövlət sifarişli, 12 yer ödənişlidir”.
E.Əfəndi hesab edir ki, mövcud vəziyyət çaşqınlıq yaratdığından DİM mütləq bu məsələyə aydınlıq gətirməlidir:
“Sadaladığım faktlar açıq-aydın qeyd olunmalıdır. Burada konkret olaraq məqsəd gizlidir. Məsələn, 1-ci qrup üzrə 16 500 yer ayrılıbsa, bundan 10 mini dövlət sifarişli, qalan 6500-ü isə ödənişlidir. Bax, bu məlumat açıq bildirilməlidir. Məlumatın açıq qeyd olunmaması istər abituriyent, istərsə də müəllim və valideynlərdə çaşqınlıq yaradır”.
Ekspert qeyd edib ki, növbəti illərdə bu problem mütləq şəkildə aradan qaldırılmalıdır:
"Düşünürəm ki, ictimaiyyət tərəfindən məsələ işıqlandırılsa, DİM tərəfindən açıqlama verilə bilər. Növbəti illərdə həm dövlət sifarişli yerlərin, həm də ödənişli yerlərin universitelər üzrə bölgüsü öz əksini tapmalıdır. Bu gün dövlət sifarişli yerlər hər bir ixtisas qrupu üzrə ayrılır. Hər il dövlət sifarişli yerlərin sayı artırılır. Dövlət başçısı hər bir vətəndaşın dövlət sifarişi üzrə təhsil alması ilə bağlı müvafiq göstəriş verir. Ancaq bu yerlərin hansı universitetdə hansı sayda olmasının gizli saxlanılması böyük sual doğurur. Düşünürəm ki, növbəti illərdə DİM tərəfindən bu bölgü ictimaiyyətə açıqlanarsa, proses daha şəffaf olar. Düzdür, hər il DİM tərəfindən 12 saylı abituriyent jurnalında bu barədə statistik məlumatlar verilir. Eyni zamanda müsabiqədən sonra konkret açıqlanır ki, hansı universitetlərdə ödənişli yerlər nə qədərdir. Bunu həmin statistikanın əsasında bilmək olar. Mənim zənnimcə, müsabiqdən əvvəl bunun gizli saxlanması bəlkə də prosesin daha gərgin və rəqabətli keçməsi üçündür”.