"İnsan olan yerdə kriminal hadisələrin müşahidə edilməsi normaldır". Bu, kriminalistlərin təhlillər nəticəsində gəldiyi qənaətdir. Amma 1 ay ərzində ard-arda 6 eynimotivli hadisənin törədilməsi həyəcan təbili çalmağın vaxtı olduğunu göstərir.
Bakıda küçənin ortasında arvadını güllələyəndən sonra intihar edən Rasim Xəlilovun əməli bir növ ölkədə mənfi trendə çevrildi. Ardınca Zaqatala, Qusar, Quba, Türkiyədə yaşayan azərbaycanlı ailələrində adi mübahisə ilə başlayan dava-dalaş faciəvi sonluqla bitdi. Hərənin də bir bəhanəsi vardı: "uşaqlarımı göstərmirdi", "məndən boşanmaq istəyirdi" və s.
Mövzu ilə bağlı danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, əslində bu kimi cinayətlərdə uşağın göstərilməməsi bəhanədir.
M.Zeynalova deyib ki, yüzlərlə kişi uşaqları analara göstərmir: "Buna görə ana heç vaxt qətl hadisəsi törətmir. Problem zəif üzərində gücün göstərilməsidir. Qadınlar uşaqları səbəbsiz yerə göstərmirlər. Ata uşağı aparır, geri qaytarmır, aliment ödənilmir, ana uşağı göstərmir, ata uşağa veriləndə anaya qarşı mənfi fikirlərlə doldurulur. Mən buna haqq vermirəm ki, övladdan sui-istifdə edilsin. Ümumiyyətlə, boşanan tərəflər bu cür münasibətlərdə övladlarını hədəfə çevirməməlidirlər, uşaqlarını obyekt olaraq istifadə etməməlidirlər.
Təəssüf ki, boşanan tərəflərdə kişilərdə qadının zəifliyindən sui-istifadə edərək, onun üzərində öz hakimiyyətini davam etdirmək istəyi var. Burada hakimiyyətin əldən verilməməsi, qarşı tərəfin daha da zəifləməsi, tərəflərin bir-birinə olan xoşagəlməz ifadələri gərginliyi artırır. Qətllərin baş verməsi təkcə boşanma səbəbi deyil, ətrafda baş verən psixoloji amillərdə də öz təsirini göstərir. Tək bir düşüncə var ki, “övladım ananın yanında qalacaq, o da əxlaqsızlıq edəcək və mənim övladım onlara şahid olmamalıdır.” Bəzən isə bu hadisələr narkotik asılılığından baş verir.”
Hüquq müdafiəçisi son hadisələrin səbəbinin absurd olduğu qənaətindədir:
"Bizim kişilərdə qarşı cinsə qarşı şübhələr çox olur. Evlənməmişdən belə o şübhələr onların daxilindədir. Şübhələr içində insanların evliliyinin baş tutması mümkünsüzdür. Telefonlar da artıq əzrailə çevrilib. Yazılmış bir mesaj belə qarşı tərəfi qıcıqlandırır ki, bu da hər hansı qətlə gətirib çıxara bilir. İnsanlar telefondan, sosial şəbəkədən düzgün istifadə etmə bacarıqlarını itiriblər. Hər qətlin müxtəlif səbəbi var.
Pandemiya da psixoloji gərginliyi yaradan səbəblərdəndir. Biz bilmirik ki, koronavirusa yoluxanlarda hansı psixoloji problemlər qaldı, sinir pozğunluqları oldu. İnsanlar müasir qanunlara, yeni tələblərə adaptasiya olmaq istəmirlər. Köhnə qaydada münasibətləri tənzimləmək istəyirlər, ancaq məsələ odur ki, nə ictimaiyyət köhnə qaydadır, nə də toplum. Azərbaycan ailəsində sosial rollar həmişə subardinasiya ilə bölüşülüb. Qarşılıqlı razılaşma olmadan belə bu bölüşdürülür. Hansısa məqamlarda qadın, hansısa, məqamlarda isə kişi idarəçiliyi ələ götürür. Sosial rolların iştirakında mövzu dilə gəlir və çox ciddi bir qıcıq yaranır. Hesab edirlər ki, güc kişidədir və idarəetmə də kişidə olmalıdır. Qadının aktivliyi kifayət qədər fərqli təqdim olunur və əxlaq normaları ilə ölçülür. Halbuki, kifayət qədər aktiv qadınlar var, özlərini idarəetməyi, uğur qazanmağı bir çox kişidən daha yaxşı bacarırlar. Qadının iqtisadi güclənməsi əksər vaxt qorxu yaradır. Bu cür fikirlər ailələrə siraət edir və narahatlığa səbəb olur. Əvvəllər boşanmalar çox az olduğuna görə belə münasibətlər ortaya çıxmırdı.”