İlham Əliyevin Rusiya Federasiyasına səfəri və həmkarı Vladimir Putinlə görüşüb danışıqlar aparması iki əsas məqam baxımından önəmlidir.Azərbaycanın erməni işğalında olan ərazilərinin azad edilməsində Rusiyanın təbii ki, rolu var. Bunu etiraf etsək də, etməsək də, fakt faktlığında qalır: 44 günlük İkinci Qarabağ Müharibəsində Rusiya Federasiyası Ermənistanı dəstəkləmək fikrinə düşsəydi, savaşda qələbə əldə etmək asan olmayacaqdı.
Həmin dövrdə Azərbaycan diplomatiyası Kremldəki hakimiyyətin bütün düşərgələri və sektorları ilə anlaşa bildi. MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üvzü olan Ermənistanın dəfələrlə bu struktura müraciət etməsinə, KTMT-ni hərbi əməliyyatlarına qatmaq və Rusiyanı tərəf qismində müharibəyə cəlb etmək cəhdlərinə rəğmən, Kreml soyuqqanlı davranıq sərgilədi.
Rusiya Prezidenti Vladimir Putin isə Ermənistanın baş naziri Nikol Paşinyanın bitmək bilməyən yalvarışlarına rəğmən, Azərbaycanın hərbi əməliyyatları öz ərazisində apardığını və BMT Nizamnaməsini pozmadığını, Qarabağın da Azərbaycan ərazisi olduğunu bəyan etdi.
Daha sonra KTMT bəyanatlar verərək hərbi əməliyyatların Ermənistan yox, Azərbaycan ərazisində aparıldığını və bu səbəbdən də təşkilatın Ermənistana hərbi yardım edə bilməyəcəyini vurğuladı.
Avropanın tutduğu mövqeyə gəldikdə isə, BMT Təhlükəsizlik Şurasının 4 məlum bəyannaməsinə rəğmən, ATƏT işğalın 30 ili ərzində münaqişənin dinc yolla nizamlanması üçün heç bir effektiv addım atmadı. ATƏT-in Minsk Qrupu çoxsaylı təkliflər, variantlar, prinsiplər və invariasiyaları irəli sürsə də, əməllə sözün arasındakı uçurumun necə ola biləcəyini aşkar göstərdi.
Xəbəri paylaş