Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənilər daha ciddi təxribatlara əl atacaq - ŞOK AÇIQLAMA

Ermənilər daha ciddi təxribatlara əl atacaq - ŞOK AÇIQLAMA


Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata əl atıb. Düşmənin Kəlbəcəri atəşə tutuması nəticəsində 3 hərbçimiz yaralanıb. Ermənistan silahlı qüvvələri mövqelərimizi müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutub.

 Təxribata cəhd edən erməni hərbçilərdən 4-ü zərərsizləşdirilib, biri isə yaralanıb. Müdafiə Nazirliyi bildirib ki, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.

 Ermənilərin yeni təxribatı nəyə hesablanıb?

 Məsələ ilə bağlı  danışan Milli Məclisin deputatı Musa Quliyev vurğulayıb ki, Ermənistanın Kəlbəcər istiqamətində atəşkəsi pozması onların hələ də 44 günlük müharibədən dərs çıxarmadığını göstərir:

 “Belə bir deyim var ki, “keçinin buynuzu gicişəndə gəlib çobanın çomağına sürtüşür”. Ermənilər 44 günlük Vətən müharibəsindən sonra gərək ciddi dərs alaydılar. Başa düşəydilər ki, Azərbayvanla oyun oynamaq odla oynamaq kimidir. 44 günlük Vətən müharibəsi bitdikdən sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanat imzaladı. Onlar gərək üçtərəfli bəyanatın müddəalarına əməl edəydilər. Ermənilərin bütün bu təxrtibatları, siyasi, hərbi və diplomatik cəhdləri üçtərəfli bəyanatda təsbit olunan öhdəliklərindən boyun qaçırmağa hesablanıb. Azərbaycan bütün dünyanın qəbul etdiyi norma və şərtlər daxilində 5 maddədən ibarət sülhyaratma və münaqişəni nizamalama konsepsiyasını irəli sürdü. Burada əsas məqsəd Ermənistanla Azərbaycan arasındakı məsələləri sülh yolu ilə həll etmə və konstruktiv davranmaqdır. Sərhədləri qarşılıqlı tanımaq, diplomatik münasibətəri qurmaq və ən əsası kommunikasiyaları açmaq, eyni zamanda Qarabağdakı qeyri-qanuni silahlı quldurların ərazini tərk etməsi kimi məsələlər irəli sürülüb. Ermənistan bunların heç birini etməyib”.

M.Quliyev söyləyib ki, Azərbaycanı Ermənistana qarşı aqressiyada günahlandırmaq, ittiham etmək üçün bəhanə gəzirlər:

 

“12-13 sentyabr günlərində Azərbaycan onların çox ciddi dərsini vermiş oldu. Görünür, növbəti dəfə belə təxribatlara əl atırlar. Ermənistanın başqa yolu qalmayıb. Digər tərəfdən onların Qarabağdakı ermənilərin “humanitar fəlakət”lə üzləşməsi, aclıq çəkmələri barədə şouları da artıq dünyada biabırcasına ifşa olundu. Buradan da onlar nəticə əldə edə bilmədilər. Bundan öncə Avropadakı bəzi dırnaqarası deputatları, siyasətçiləri, bələdiyyə işçilərini sərhədə gətirmişdilər. Bundan da bir nəticə çıxmadı. Daha sonra Fransanın böyük bacı kimi canıyananlıq siyasəti, İranın Zəngəzurla bağlı siyasəti də nəticə vermədi. Ermənistan indi çıxılmaz vəziyyətdə qalıb. Üçtərəfli bəyanatda göstərilən öhdəliklərindən boyun qaçıra bilmək üçün Azərbaycana nə desinlər bilmirlər.  Məqsəd bundan ibarətdir. Azərbaycan onların “humanitar böhran” şousunun qarşısını almaq məqsədilə həm BMT səviyyəsində yüksək diplomatik  fəallıq göstərdi, həm də Azərbaycan Qırmızı Aypara Cəmiyyəti vasitəsi ilə yardım təklif etdi. Bunlar indi çıxılmaz vəziyyətdədirlər. Azərbaycan xarici siyasətinin başçıları səviyyəsində də bildirildi ki, Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın yolu ilə gəliş-gediş təmin olunacaq. Əslində, o yolu biz bağlamamışıq. Laçın postunu atəş altında saxladılar. Təxribatların nəticəsində o yol bağlandı. Ermənistanın bugünkü təxribatının məqsədi dünya ictimaiyyətinin diqqətini bura çəkməkdir.  Azərbaycanı Ermənistana qarşı aqressiyada günahlandırmaq, ittiham etmək üçün bəhanə gəzirlər”.

 

Deputat vurğulayıb ki, Azərbaycan Ordusu bir gün içərisində İrəvana daxil ola bilər:

 

“Ermənilər də bunu yaxşı bilirlər. Ordumuz onların təxribatlarının qarşısını ala bilir. Erməni tərəfinin cavabı lazımi şəkildə verilir. Ermənilərin boş başları ağıllanmayacaq. Sadəcə onların özlərinə gəlməsi üçün daha ciddi yumruğa ehtiyacı var. Dəmir Yumruq yerindədir. Bunu hər kəs bilməlidir. Ermənistan da, onu himayə edən böyük bacıları da bunu bilməlidir”.

 

Milli Məclisin deputatı Arzu Nağıyev isə deyib ki, Ermənistan bu təxribatla növbəti dəfə Azərbaycanı dünyanın gözündə pis göstərməyə çalışır:



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də