Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan həm Qərbi, həm də Rusiyanı aldadır

Ermənistan həm Qərbi, həm də Rusiyanı aldadır

Belarus və Ermənistan arasında gərginlik mövcuddur. Belarus Prezidenti Aleksandr Lukaşenko bir müddət öncə Ermənistanın heç kimə lazım olmadığını bildirib.

"Gəlin, birlikdə olaq. Həmin Rusiyaya gəlib, dəstək, kömək istəyəcəyiniz vaxt uzaqda deyil. Başqa kim var ki? Qazaxıstanda nəsə oldu - kimdən dəstək istədilər? Çin, Hindistan, Pakistan? Yox, Putinə üz tutdular. Və biz (KTMT - red.) qüvvələrimizi yerləşdirdik, günorta saatlarında təyyarələrimiz ora endi, sakitləşdirdik (2022-ci ilin yanvarında baş verən iğtişaşlar - red.) Bunu məzəmmət üçün demirəm. Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və nələri varsa, diqqətlərini ona yönəltsinlər. Nə Fransa, nə Makron? Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq", - Lukaşenko deyib.

Bundan başqa, müəyyən məsələlərdə Rusiya da Ermənistandan narazıdır.

Bəs bu gərginlik nə qədər davam edəcək? Ermənistan KTMT-dən çıxarıla bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirib ki,  Ermənistan Qərbə, guya Rusiyadan uzaqlaşdığını göstərməyə çalışır:
 

“İrəvan üzv olduğu təşkilatlardan çıxıb Qərb təşkilatlarına gedir. Əslində Ermənistan ikili oyun oynayır. Ermənistan həm Qərbi, həm də Rusiyanı aldadır. Ermənistan arxada Rusiyanın sanksiyalarından yayınması üçün işlər aparır. Düşünmürəm ki, Ermənistan yaxın vaxtda hansısa bir seçim edib özünə yeni sahib seçsin. Sadəcə olaraq, Rusiya zəiflədiyindən onlar düşünür ki, Rusiya yıxılsa, özləri üçün sahib tapacaqlar. Amma hələ tələsmirlər. Oyunlar, şoular göstərilir. Beləliklə, hamını aldatmağa çalışırlar”.


VI çağırış Milli Məclisin Beynəlxalq münasibtələr və parlamentlərarası əlaqələr komitəsinin digər üzvü Rasim Musabəyov isə vurğulayıb ki, Ermənistanla Belarus arasında gərginlik müəyyən siyasi demarşlardan o tərəfə getməyəcək:
 

“Nə Belarusa Ermənistan, nə də Ermənistana Belarus lazımdır. İki ölkə arasındakı gəriginlik söz atışmalarından, hansısa siyasi demarşlardan uzağa geməyəcək. Rusiya Ermənistanın faktiki olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işindən yayındığını görür. Buna baxmyaraq, Ermənistanın formal olaraq təşkilatdan çıxmasını istəmir. Ona görə hesab edirəm ki, Rusiya da heç bir reaksiya verməyəcək”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də