Oktyabrın 14-də Belarus Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.
Nazir Ceyhun Bayramov çıxışında iclasın gündəliyinə daxil olan və MDB çərçivəsində qarşılıqlı fəaliyyətimizin geniş spektrini əhatə edən məsələləri qeyd edib və müzakirə ediləcək məsələlər sırasında “MDB-nin 30 illiyi ilə bağlı üzv dövlətləri başçılarının Bəyanat layihəsi ilə bağlı Qərarı” xüsusilə vurğulayıb.
Ceyhun Bayramov Azərbaycanın MDB çərçivəsində əməkdaşlığa, həmçinin bütün MDB üzv dövlətləri ilə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.
O, MDB çərçivəsində qarşılıqlı humanitar sahənin fəaliyyətin əsas istiqamətlərindən biri olduğunu və bu xüsusda, əməkdaşlığın davam etdirilməsinin xalqlarımız və ölkələrimiz arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyini deyib. Həmçinin təşkilat çərçivəsində, o cümlədən ikitərəfli əsasda MDB üzv dövlətlərinin miqrasiya sahəsində qarşılıqlı fəaliyyətin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Ceyhun Bayramov çıxışında 44 günlük Vətən Müharibəsi nəticəsində ərazilərimizin bir hissəsinin 30 ilə yaxın davam edən işğalına son verildiyini və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edildiyini qeyd edib, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarından irəli gələn məsələlərdən, habelə bölgədə mövcud olan mina təhlükəsi və doğurduğu ağır nəticələrdən bəhs edib.
Regionda həyata keçirilən sülhməramlı səylərə, o cümlədən Birgə Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətinə Azərbaycan tərəfindən böyük əhəmiyyət verildiyi vurğulanıb. Həmçinin çıxışında nazir, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərində tarixi, dini və mədəni irsinin dağıdılması, həyata keçirilən urbisid və kultursid barədə iclas iştirakçılarını məlumatlandırıb. O, hazırda münaqişənin keçmişdə qaldığını, əsas məqsədin azad edilmiş ərazilərin bərpa edilməsi və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinin təmin edilməsi olduğunu vurğulayıb. Bu xüsusda, nazir toplantı iştirakçılarına azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq içləri barədə ətraflı məlumat verib.
Çıxışda bütün çətinliklərə baxmayaraq Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərzi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistan ilə münasibətlərin normallaşmasına hazır olduğunu vurğulayıb. Azərbaycanın qeyd olunan prinsiplərə riayət etməklə Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasına çağırdığı qeyd olunub. Nazir, Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin, o cümlədən regionda bütün kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmaların yerinə yetirilməsinə sadiq olduğunu vurğulayıb. Kommunikasiya əlaqələrinin açılmasının regiondakı bütün dövlətlərə fayda gətirəcəyi və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcəyindən əminlik ifadə edilib.
İclasın sonunda nazirlər tərəfindən “2022-ci ildə MDB-də xalq yaradıcılığı və mədəni irs İlinin qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planının layihəsinə dair Qərar” və “Miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair MDB iştirakçı dövlətlərin rəhbərlərinin bəyanat layihəsinə dair Qərar” sənədləri imzalandı.