"Pilotsuz Uçuş Aparatlarına (PUA) tələbat artıqca, dünyanın bir sıra ölkələri bu texnika ilə bağlı yeni çalışmalar aparırlar. Xüsusilə Rusiya bu istiqamətdə çalışır. Burada söhbət həm PUA-lara qarşı tətbiq oluna biləcək hava hücumundan müdafiə sistemindən, həm də PUA-ların daha da inkişaf etdirilməsindən gedir".
RegionTV.info "Redaktor.az"-a istinadən xəbər verir ki, Bu sözləri hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, Qarabağ müharibəsindən sonra PUA-lara, xüsusilə “Bayratkar TB2”-ə qarşı müdafiə sistemlərinin təkmilləşdirilməsi aktuallaşıb:
“Bu baxımdan, həm Rusiya, həm Türkiyə, həm də dünyanın inkişaf etmiş ölkələri antidron sahəsində yeniliklərə imza atmaq, PUA-lardan qorunmağın yollarını axtarmaq üçün elmi araşdırmalara başlayıb.
Təbii ki, yeniliyi ilk tapan, texniki baxımdan inkişaf edən ölkələr bu gün daha önə çıxır. Əlbəttə ki, Türkiyəin son illər bu sahədə inkişaf etməsi, müasir texnikalara sahib olması, onu regionda güclü ölkəyə çevirir.
Bu baxımdan, “Bayratkar TB2”, o cümlədən, bu ildən istehsalına başlanan “Akıncı” və Aksunqur” PUA-ların raketlərinin mənzili 8 yox, 15 kilometr olması, qardaş ölkənin bu sahədə gücünü daha da artıracaq”.
Qeyd edək ki, Türkiyənin "Roketsan" şirkəti belə risklərə qarşı MAM-L raketlərinin mənzilini iki dəfə artırmaqla unikal addım atıb. Beləliklə, “Bayratkar TB2”, o cümlədən, bu ildən istehsalına başlanan “Akıncı” və "Aksunqur” PUA-ların raketlərinin mənzili 8 yox, 15 kilometr olacaq.
Yeni texnologiyaların tətbiqi ilə türk PUA-ların əsas raketi olan MAM-L bütün hava şəraitində istifadə oluna biləcək. Nəticədə əməliyyatın icra edilməməsi ehtimalı aradan qalxacaq, kiçik mənzilli havadan müdafiə sistemləri təsirsiz hala düşəcək.
Dünyada mövcud olan belə sistemlərin təsir radiusu 10-15 kilometrdir, lakin sistem ən yaxşı şərtlərdə hədəfi bu mənzildə vura bilər. MAM-L raketinin mənzilinin 15 kilometrə çatdırılması ilə türk PUA-ları bu sistemlərin təsir radiusundan çıxır, əvəzində onu vurmaq imkanı qazanır.
Xəbəri paylaş