Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayon 30 nömrəli tam orta məktəbdə 26 Fevral Xocalı Soyqırımının 33-cü il dönümü ilə əlaqədar şagirdlər arasında inşa yazı və rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd Xocalı Soyqırımının qurbanlarının xatirəsinin yad edilməsi, Azərbaycan tarixinin təbliği, məktəblilərin dünya görüşünün zənginləşdirilməsi və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir. Sonda fərqlənən iştirakçılara təşəkkürnamələr verilmişdir.