2024-cü ildə dünyada iqtisadi artım 3 faiz ətrafında dəyişəcək.
Beynəlxalq təşkilatlar uzunmüddətli perspektivdə iqtisadiyyatın sabit dinamik templə artacağını proqnozlaşdırıb.
Qarşıdakı 15 il ərazində dünyanın iqtisadi nəhəngləri hansı ölkələr olacaq?
2038-ci ilədək ölkələrin məhsul istehsalı və mövqeləri belə olacaq.
1-ci yer – Çin
Çin 2030-cu ilə qədər dünya liderinə çevriləcək. Bunun daha əvvəl baş verəcəyi gözlənilsə də COVID-lə mübarizə üzrə sərt tədbirlər bu prosesi bir qədər ləngitdi.
2023-cü ildə Çində məhsul istehsalı 17,7 trilyon dollar olub və bu göstəriciyə görə dünya ikincisidir.
2024-cü ildə isə ümumi daxili məhsulun 18,44 trilyon dollara yüksələcəyi gözlənilir.
2038-ci ildə Çində ÜDM 48,8 trilyon dollara çatacaq.
2-ci yer - Amerika Birləşmiş Ştatları
2023-cü ildə 27 trilyon dollarla dünya birincisi olan ABŞ-da məhsul istehsalı bu il 28 trilyona yüksələ bilər.
ABŞ-ın növbəti onillikdə öz dominantlığını qoruyub saxlayacağı bildirilsə də sonradan mövqeyini liderliyi Çinə ötürəcək.
2038-ci ildə ABŞ-da ÜDM: 47,8 trilyon dollar proqnozlaşdırılır.
3-cü yer - Hindistan
Ölkədə sabit və dinamik artım müşahidə olunur. ÜDM istehsalı 2006-cı ildəki 949 milyard dollardan 2023-cü ildə 3,65 trilyon dollara yüksəlib, ÜDM təxminən 4 dəfəyə yaxın artıb.
Növbəti 15 ildə bu rəqəmin daha 3,5 dəfə artacağı və Hindistanın 2033-cü ilə qədər dünyanın üçüncü iqtisadiyyatına çevriləcəyi gözlənilir. Hazırda istehsal həcminə görə Hindistan dünyada 5-ci yerdədir.
2038-ci ildə ölkədə ÜDM 12,88 trilyon dollar proqnozlaşdırılır.
4-cü yer - Yaponiya
Artan inflyasiya və borc problemləri fonunda Yaponiya iqtisadiyyatı çətinliklər yaşayır. Ölkənin Mərkəzi Bankı faiz dərəcəsini sıfıra yaxın saxlayır. Bu o deməkdir ki, inflyasiya sürətlənə bilər və yen zəifləyəcək.
İndiyədək dünya 3-cüsü olan Yaponiya ötən il mövqeyini Almaniyaya verib və hazırda 4-cü yerdədir.
2038-ci ilədək Yaponiyada ÜDM 5,77 trilyon dollara çatacaq.
5-ci yer - Almaniya
Alman iqtisadiyyatı ucuz enerji resurslarına çıxışını itirərək böyük zərər çəkib..
2023-cü ildə 4,4 trilyon dollar ÜDM-ə malik Almaniya iqtisadiyyatı 2024-cü ildə isə 4,6 trilyon dollara qədər artacaq.
6-cı yer - Böyük Britaniya
Ölkə iqtisadiyyatı xidmət yönümlüdür, əsasən maliyyə və sığorta sahələri üstünlük təşkil edir. 2023-cü ildə nisbi zəiflik müşahidə olunub. ÜDM cəmi 0,4% artaraq 3,33 trilyon dollara çatıb.
2024-cü ildə iqtisadiyyatda durğunluğunun davam edəcəyi və ÜDM-in eyni səviyyədə qalacağı gözlənilir.
Hazırda dünya altıncısı olan Böyük Britaniya 2038-ci ilədədk mövqeyini saxlayacaq. Amma ölkədə məhsul istehsalı 5,8 trilyon dollara yüksələcək.
7-ci yer- Fransa
Ölkənin iqtisadi artımı bir il əvvəl 2,5 faiz yüksəlsə də 2023-cü ildə 0,7 faiz geriləyib. 2023 və 2024-cü illərdə ÜDM 3 trilyon dollar səviyyəsində qalacaq.
Hökumət enerji daşıyıcılarının bahalaşmasının iqtisadiyyata təsirini yumşaltmaq üçün bir sıra tədbirlər görüb. Nəticədə inflyasiya 5,66% səviyyəsində qalıb. İqtisadiyyatı stimullaşdırmaq üçün daha bir islahat pensiya yaşının 62-dən 64-ə qaldırılması kütləvi etirazlara səbəb olub.
2038-ci ilədək Fransada ÜDM 4,8 trilyon dollaradək artacaq və bu göstəriciyə görə 7-ci yerdə olacaq.
8-ci yer – Braziliya
Braziliya resursları ixraca yönəlmiş inkişaf etməkdə olan iqtisadiyyata malikdir. Bəzi kənd təsərrüfatı məhsullarının qiymətlərinin dəyişməsi birbaşa bu ölkədən asılıdır.
2023-cü ildə 2,12 trilyon dollar ÜDM-ə malik dollar bu il məhsul istehsalının 2,25 trilyon olacağı gözlənilir.
2010-cu illərin ortalarında baş verən iqtisadi tənəzzüldən sonra hökumət işsizlik səviyyəsini 2014-cü ildən bəri ən aşağı həddə - 8,3 faizə endirə bildi. 2023-cü ildə inflyasiya 4,62% təşkil edib ki, bu da dünya üzrə orta səviyyədən aşağıdır
Hazırda dünya 9-cusu olan Braziliya 2038-ci ildə 4,13 trilyon məhsul istehsal edərək 8-ci yerə yüksələcək.
9-cu yer - Cənubi Koreya
20-ci əsrin ikinci yarısında sürətlə inkişaf edən Cənubi Koreya Sinqapur, Tayvan və Honq Konqla birlikdə “Asiya pələngləri”ndən biri hesab olunur.
2023-cü ildə ölkənin ÜDM-i 1,7 trilyon dollar olub, 2024-cü ildə isə 1,77 trilyon dollara çatacağı gözlənilir.
Hazırda dünyada istehsal səviyyəsinə görə 14-cü yerdə olan Cənubi Koreya 2038-ci ilədək məhsul istehsalını 3,68 trilyon dollara çatdıraraq 9-cu yerə yüksələcək.
10-cu yer - Kanada
İnkişaf etmiş və qarışıq iqtisadiyyata malik Kanada 2038-ci ilədək ilk onluqda qalmağı bacaracaq.
2023-cü ildə cəmi 1 2,1 trilyon dollar məhsul istehsal edən Kanadada 2038-ci ildə istrehsal 3,68 trilyon dollara çatacaq.
Hazırda ÜDM-in həcminə görə 8-ci yerdə olan İtaliya yaxın 15 ildə ilk onluğa düşə bilməyəcək.
2023-cü ilin göstəricilərinə əsasən, Rusiya 2 trilyon dollarla 11-ci, Türkiyə 1,1 trilyon dollarla 18-ci, İran 403 milyard dollarla 37-ci, Azərbaycan 77 milyard dollarla 79-cu, Gürcüstan 30 milyard dollarla 107-ci, Ermənistan 24,2 milyard dollarla 112-ci yerdədir.
ÜDM-n həcminə görə son yerləri Palau, Nauru və Tuvalu bölüşür.