“İctimai Birlik fəaliyyət göstərdiyi müddət ərzində Qərb bölgəsində insan hüquqları, insan alveri, nikah hüquqları, gender əsaslı zorakılıq haqqında ictimai maarifləndirmə, hüququ pozulmuş, zorakılığa məruz qalmış insanlara, həmçinin məcburi köçkün icmalarında yaşayan qadınlara hüquqi yardımların edilməsi və ictimai müvəkillik işinin təşkili və s. kimi fəaliyyətləri həyata keçirir”.
Bu fikirləri QHT.az-a açıqlama verən “Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova bildirib. Gənclərlə ictimai mədəni sahələrdə də maarifləndirmə tədbirləri həyata keçirdiklərini deyən QHT sədri qeyd edib ki, təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Qeyri - Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, AR ƏƏSMN, AR DİN İAQMBİ, AR AQUK, yerli icra hakimiyyəti və hüquq mühafizə orqanları və yerli QHT-lərlə də sıx əməkdaşlıq edir: “Təşkilatın nəzdində 2013-cü ilin may ayından etibarən zorakılıq qurbanları üçün reablitasiya və reintiqrasiya mərkəzi və sığınacaq fəaliyyət göstərir. Sığınacaq 2013 cü ildən 2016 cı ilə qədər könüllülük prinsipi ilə xidmətlər göstərərək 2016-cı ilin fevral ayından etibarən “İnsan alveri ilə mübarizə” layihəsi çərçivəsində fəaliyyətini davam etdirirdi. Təəssüflə qeyd edək ki, dekabr ayından etibarən həmin layihənin dayandırılması sığınacağın fəaliyyətinə öz mənfi təsirini göstərəcəkdir. Qərb bölgəsində gender əsaslı zorakılıq və insan alveri qurbanları üçün yeganə sığınacaq olduğundan müraciət edən insanlar çoxdur”.
Südabə Məmmədova həmçinin qeyd edib ki, QHT olaraq həm dövlət, həm QHT sığınacaqları ilə əməkdaşlıq çərçivəsində müraciət edən benifisiarları digər sığınacaqlara da istiqamətləndirirlər: “Lakin regionda zorakılıq qurbanlarının həm ailələrinə bərpası, həm də hüquqi məsələlərinin həll olunması bizə pənah gətirən insanları geri qaytara bilmirik və onlara könüllü xidmət göstərilir. Təbii ki, sığınacağın saxlanması və qış ayları olduğu üçün kommunal xərclərin qarşılanması bizim üşün böyük maliyyə çətinlikləri yaradır. Buna baxmayaraq bizim çox güclü və peşəkar komandamız ruhdan düşçəyərək, həmişə olduğu kimi yenə fəaliyyətini davam etdirir. Hesab edirik ki, bu da müvəqqəti bir çətinlikdir və tezliklə öz həllini tapacaq”.
Pərvanə Fərhadqızı