Bu gün “Sputnik-Azərbaycan” informasiya agentliyinin rusdilli versiyasının redaktorları – Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və Gülzar Mustafayeva istefa verib. Buna səbəb "Qisas" əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını tirajlamaqdan imtina etmələri olub.
Redaktorların kütləvi istefası ilə bağlı danışan media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib ki, “Sputnik- Azərbaycan” Rusiyanın təbliğat orqanı kimi çıxış edir:
“İstefa verən redaktorların davranışı media və jurnalistika etikası baxımından doğru yanaşmadır. “Sputnik-Azərbaycan” və onun kimi ölkədə konkret olaraq təbliğat üçün mövcud olan, dezinformasiyanı yaymağa xidmət edən qurumların fəaliyyəti deşifrə olunmalıdır. Cəmiyyət bilməlidir ki, həmin qurumlara çox etibar etmək olmaz. Azərbaycan qanunvericiliyinə görə, ölkənin mənafeyinə ziyan verən və verməyən resurslarla bağlı qanun imzalanıb. Təəssüf ki, bizdə mahiyyətə baxılmır. “Sputnik-Azərbaycan”ın fəaliyyətinin mövcud olması birbaşa sual yaradır”.
Ekspert hesab edir ki, “Sputnik-Azərbaycan”ın fəaliyyətini dayandırması siyasi məsələdir:
“Rusiya mediasının Azərbaycanda məhdudlaşma məsələsi daha çox qarşılıqlı fəaliyyət yarandığı zaman problem ola bilər. Orada “AZƏRTAC"ın fəaliyyəti qadağan edilərsə, bu zaman “Sputnik-Azərbaycan”ın fəaliyyəti də qadağan edilər. Mahiyyət etibarı ilə Azərbaycan tərəfi dezinformasiyanın yayılması ilə bağlı zəruri xətt çəkməlidir. Redaktorların davranışı göstərir ki, onlar peşəkar jurnalistikaya uyğun addım atdılar”.