Məlum olduğu kimi, Prezident İlham Əliyevin cari ilin 15 iyul tarixində keçirdiyi 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı daxili və xarici siyasətin yeni konturları baxımından yadda qalan oldu. Dövlət Başçısı dünyada baş verən təhlükəsizlik böhranı və superbahalaşma fonunda ölkəmizin son 6 ayda dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, iqtisadi və sosial islahatların dərinləşməsi, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində əldə olunan nailiyyətlər və qarşıda duran əsas vəzifələr haqqında ətraflı məlumat verdi.
120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinin 2023-cü ilə qədər yekdil qərarla uzadılması, cari ilin iyunun 30-da Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması, Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi ilə bağlı yeni sənədin imzalanması ilə əlaqdəar hazırlığın başa çatması, Azərbaycanla ABŞ arasında əlaqələrin genişlənməsi, region və türk dövlətləri ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsi ölkəmizin son 6 ayda beynəlxalq aləmdə əldə etdiyi uğurlardır.
Cənab Prezidentin müşavirədə daha çox diqqət ayırdığı məsələ cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində Ermənistanın məcburən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı idi. Dövlət Başçısı haqlı olaraq bildirdi ki, iqtisadi və kommunikasiya xəttlərinin açılması üzrə işçi qrupunun yaradılmasına baxmayaraq, Ermənistan bu günə qədər nə Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılmasını, nə də avtomobil yolunun marşrutunu təqdim etməyib.
Ciddi narahat doğuran məqamlardan biri də budur ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzaladığı Bəyannamənin 4-cü bəndinə əməl etməyib, yəni, sülhməramlıların yerləşdiyi ərazidən qanunsuz silahlı birləşmələrini hələ də çıxartmayıb. Cənab Prezident müşavirədə bu məsələyə xüsusi toxunaraq Ermənistana xəbərdarlıq etdi: “10 noyabr Bəyannaməsi ilə müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb və bu öhdəliklərə görə erməni silahlı qüvvələrini Qarabağdan çıxartmalıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə bu məsələni qaldırmşıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləş
mələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.Düşünürəm ki, burada əlavə şərhə ehtiyac yoxdu. Hər şey dəqiqliklə və qətiyyətlə deyilib. Ancaq bir məsələni vurğulamaq lazımdır ki, Ermənistan və onun havadarları bu xəbərdarlıqdan düzgün nəticə çıxartmalıdır. Çünki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı indiyə kimi nəyi deyibsə, onu da edib. Bu xəbərdarlıq düzgün oxunmalıdır!
Azay Quliyev
Milli Məclisin deputatı